İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Haqqımızda

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən - səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. İslahatların səmərəliliyinin artırılması və ümumiyyətlə ictimai səhiyyənin müvəffəqiyyətli təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcud olması zəruri şərtlərdən biridir. Buna görə də 2006-cı ilin sentyabrında Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyevin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə qərarı səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım oldu.

İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan - sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, ətraf mühitin mühafizəsi məsələləri, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur. “İctimai səhiyyə insanların sağlam olması üçün tələb olunan şəraitin təmin edilməsi işində yerli, dövlət, milli və beynəlxalq resursların səfərbər edilməsi və əlaqələndirilməsi deməkdir” (Detels & Breslow, 2002).

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əsasnaməsi də məhz bu konsepsiyanın başlıca məqamlarını özündə əks etdirir. Beləliklə, İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayır.

İSİM-in strukturu da məhz bu məqsədlərə nail olunması nəzərə alınmaqla təşkil edilmişdir.
İSİM-də aşağıdakı şöbələr fəaliyyət göstərir:

  • Səhiyyə siyasəti və planlaşdırma şöbəsi
  • Səhiyyə kommunikasiyası şöbəsi
  • Tibbi keyfiyyət standartları şöbəsi
  • Layihələrin əlaqələndirilməsi şöbəsi
  • Təlim-resurs şöbəsi
  • İctimai sağlamlıq şöbəsi
  • İlkin səhiyyə və ailə təbabəti şöbəsi
  • Statistika, monitorinq və təhlil şöbəsi 
  • Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsi
  • Akkreditasiya şöbəsi
  • Sertifikasiya   şöbəsi
  • Elektron standartlar (Nəşriyyat)

İSİM öz kadr ehtiyatları ilə unikal bir səhiyyə təşkilatıdır. Mərkəzdə tibb işçiləri ilə yanaşı digər ixtisaslı mütəxəssislərin, o cümlədən hüquqşünas, iqtisadçı, memar, ekoloq, mühəndis, psixoloq, səhiyyə kommunikatoru, sosioloq və jurnalistlərin də fəaliyyət göstərməsi ictimai səhiyyə anlayışına müasir yanaşma ilə səsləşir. Belə çoxixtisaslı heyətin yaradılması, şübhəsiz, ictimai səhiyyə sahəsində layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

İSİM cəmi bir neçə ildir ki, fəaliyyət göstərdiyi üçün onun institusional inkişafı və əməkdaşlarının peşəkar təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Burada ictimai səhiyyə, tibb müəssisələrinin idarə edilməsi, səhiyyə iqtisadiyyatı, sübutlu təbabət, epidemiologiya və biostatistika, səhiyyə kommunikasiyası və s. mövzularda yerli və beynəlxalq aparıcı mütəxəssislərin iştirakı ilə daim təlimlər keçirilir. Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ümumdünya Səhiyyə Təşkilatı, UNISEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrdə İSİM-in iştirakı da onun əməkdaşlarının təcrübələrinin artmasına kömək edir.

Təlimçi - instruktorlar

Könül İsmayılova

İctimai Səhiyyə və İslahatlar Mərkəzi / ictimai səhiyyə

Vefa Agayeva

/

Letafet Dadashova

Səhiyyə nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi / Səhiyyə

Murad Naghiyev

Kapital Bank / Digital Channels Chapter Lead

Nabil Seyidov

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Səhiyyə siyasəti və planlaşdırma şöbəsi

Sevda Məmmədova

İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Təlimlərin təşkili

Ahmet Memiş

Respublika Müalicəvi Diaqnostika Mərkəzi / şöbə müdiri

Məlahət Sultanova

/

Fərid Əliyev

/

Rəna Şirəliyeva

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri

Eldar Qasımov

/

Rəhimə Qabulova

/

Konstantinos Kyriazis

/

Rüstəm Hüseynov

/

Iradə Abasova

İctimai Səhiyyə və İslahatlar Mərkəzi / həkim

Vusala Agayeva

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərəzi / menecer

Teymur Huseynov

/

Şəhla İsmayılova

/

İkram Rüstəmov

Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası / Həkim-psixiatr

Orxan Fərəcli

Azərbaycan Tibb Universiteti / Psixiatriya kafedrasının dissertantı, həkim-psixiatr

Əmrah Abdullayev

Nefes Psixi Sağlamlıq Akademiyası / Həkim-psixiatr

Əziz Mustafayev

Nefes Psixi Sağlamlıq Akademiyası / Həkim-psixiatr

Günel Muradova

Psixi Sağlamlıq Mərkəzi / Kliniki psixoloq

Səbinə Nəcəfova

Psixi Sağlamlıq Mərkəzi / Həkim-psixiatr

Nigar Arif

Nefes Psixi Sağlamlıq Akademiyası / Həkim-psixiatr

Vəfa Şirinova

Nefes Psixi Sağlamlıq Akademiyası / Həkim-psixiatr

Rumiyyə Kərimova

Respublika Psixiatriya Xəstəxanası / Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dissertantı, həkim – psixiatr

Nərmin Osmanlı

Nefes Psixi Sağlamlıq Akademiyası / Baş psixoloq

Özge Şahin

/

Mine Cihanoğlu

/

Şirin Kazımov

/

Marija Eremija

/

Ruthy Kaidar

/

Tatyana Nikolaevna

/

Nərgiz Quliyeva

/

Leyla Seyidzadə

/

Natalya Kil

/

Samir Mehtiev

/

Qəhrəman Haqverdiyev

/

Tatyana Kanzaveli

/

Sevda Məmmədova

/

Kurslarımız

Mövzular

İctimai səhiyyə Kardiologiya Pediatriya