Daxil olmaq üçün aşağıdakı məlumatları dəqiqliklə daxil etməyiniz xahiş olunur
ADHTİ-nun pediatriya kafedrasının dosenti Hacıyeva Nigar Adil qızı, 2010-cu ildən kafedrada assistent, 2012-ci ildən isə dosent vəzifəsində çalışır.
2005-ci ildə “Цитокиновый статус у детей, больных бронхиальной астмой и его коррекция” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi adını almışdır.
O, 37 elmi işin,o cümlədən, pediatrlar üçün 3 dərs vəsaitin müəllifidir.
Təhsil
2014 “Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya” adlı həkimlər üçün dərs vəsaitini dərc edərək dosent elmi adı alınmışdır.
2005 “Pediatriya”, “Allergologiya və immunologiya” ixtisasları üzrə namizədlik dissertasiyanı müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alınmışdır.
1998-2002 Azərbaycan Tibb Universitetinin “Uşaq xəstəlikləri” kafedrası. “Pediatriya” ixtisası üzrə klinik ordinatura kursu.
1992-1998 N.Nərimanov adına Azərbaycan Tibb Universiteti, pediatriya fakültəsi. İxtisas: pediatriya. Əlaçı diplomu.
Peşəkarlıq səviyyəsinin artırılması:
2019, 2 ay müddətində İnkişaf edən ölkələr üçün təşkil edilən pediatriyada xəstəliklərin müalicəsi və profilaktikası mövzusunda treninq kursu, Çin Xalq Respublikası, Çanqşa, Hunan Uşaq Xəstəxanası.
2015, 1 ay müddətində Qastroenterologiya və Pulmonologiya ixtisasları üzrə Tibb Universitetinin Klinikasında təkmilləşmə kursu, Avstriya, Gras.
2012, 1 ay müddətində Pediatriya ixtisası üzrə Tibb Universitetinin Klinikasında təkmilləşmə kursu, Avstriya, Zalzburq.
2004-2016 Pediatriya, allergologiya və immunologiya üzrə 11 regional, Ümumrusiya və Beynəlxalq konqreslərin iştirakçısı (diplom və sertifikatlar mövcuddur).
O cümlədən: “Pediatriyada mükəmməllik”, London, 2016;
Avropa Qastroenteroloqların, Hepatoloqların və Nutrisioloqların Konqresi, Amsterdam, 2015;
Rinit və Astma üzrə Avropa Toplantısı, Brüssel, 2010; Dəri allergiyası üzrə Avropa Toplantısı, Venesiya, 2010;
Uşaq Allergologiya və İmmunologiyası üzrə II Ümumrusiya qurultayı, Moskva, 2008;
“Pediatriyanın aktual problemləri” mövzusunda Rusiya pediatrların XI Konqresi, Moskva, 2007;
MDB allerqoloq və immunoloqların VI qurultayı, Moskva, 2006;
İmmunopatologiya və Allergiya üzrə II Beynalxalq Konqres, Moskva, 2004.
2007-2022 Tibb sahəsində müxtəlif mövzular üzrə 1 həftə müddətində davam edən davamlı tibbi təhsil üzrə ABŞ və Avropa tibb sistemində akkreditasiya edilən təkmilləşdirmə seminarlarda iştirak (diplom və sertifikatlar mövcuddur).
O cümlədən: "Antibiotiklərin qəbulu nəticəsində yaranan disbioz və probiotiklərin rolu ",Beynəlxalq toplantı, 2022, Paris;
“Pediatrik Pulmonologiya” mövzusunda Beynəlxalq tibb seminarı, 2019, Zalzburq;
“Ümumi Pediatriya” mövzusunda Beynəlxalq tibb seminarı, 2018, Zalzburq;
“Pediatrik Qastroenterologiya” mövzusunda Beynəlxalq tibb seminarı, 2016, Zalzburq;
“Tibbi Rəhbərlik” mövzusunda Beynəlxalq tibb seminarı, 2014, Zalzburq;
“Tibbi Təhsil” mövzusunda Beynəlxalq tibb seminarı, 2014, Zalzburq;
Seminarda edilən təqdimata görə fərqlənmə sertifikatı ilə təltif olunma; “Tibbi Keyfiyyət və Təhlükəsizlik”, mövzusunda Beynəlxalq tibb seminarı, 2013, Zalzburq;
“Pediatrik allergologiya və immunologiya” mövzusunda Beynəlxalq tibb seminarı, 2011, Zalzburq;
“Allergik və immunoloji xəstəliklərin diaqnostika və müalicəsində yeni istiqamətlər”, 2008, Moskva;
“Uşaqlarda immunoprofilaktika və immunoterapiya”, 2007, Moskva.
Uşaq psixologiyası üzrə kurs. İngiltərə, Lester Universitetinin qrantı. 09.1995 (2 həftə).
Son illərin publikasiyaları:
2021, 2022 - "Pediatriyada vizual diaqnostika. Klinik hadisələr toplusu." Həkimlər üçün vəsait. Bakı, Azərbaycan.
2013, 2015, 2017, 2018 -“Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya”. Həkimlər üçün dərs vəsaiti. Bakı, Azərbaycan.
2014 - “3 yaşa qədər uşaqlarda dəmir çatışmazlığı və dəmirdefisitli anemiyanın diaqnostika və profilaktikası”. Həkimlər üçün dərs vəsaiti, Bakı, Azərbaycan.
2014 - Клинико-иммунологическая эффективность применения рекомбинантного интерлейкина-2 при бронхиальной астме у детей. Лiки Украiни плюс, Kiyev, №2 (19).
2014 - Prevalence and alimentary risk faktors of development of atopic dermatitis among rural children till the age of 5 in Azerbaijan. European Academy of Allergology and Immunology Congress, Copenhagen, Denmark.
2017 - Alagille Syndrome as a challenging clinical case in pediatric practice (case report). Inter Collegas, Kharkov, Ukraine, Vol.4, № 2.
Peşəkar üzvlük: Avropanın Allerqoloqlar və Klinik İmmunoloqların Akademiyası - EAACI - 2010-cu ildən.
Azərbaycan Allergiya və İmmunologiya Cəmiyyəti – 1998-ci ildən.
Bülletenimizə abunə olmaq üçün e-poçtunuzu daxil edin müntəzəm olaraq yeniliklərimizdən xəbərdar olun!