İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Pediatrik COVİD19-un menecmenti

0.00(0)

Ümumi məlumat

COVİD19 xəstəliyi pediatrik pasiyentlərdə əsasən asimptomatik keçir və az sayda uşaq hospitalizasiya və daha az hallarda isə intensiv terapiya və reanimasiya səviyyəli tibbi qayğıya ehtiyac duyur. Buna baxmayaraq, həm Azərbaycanda, həm də digər ölkələrdə pediatrlar və reanimatoloqlar yüngül, orta və ağır COVİD19 pasiyentlərinin müalicəsini təmin etməli olur. Yoluxma halları artdıqca pediatrik COVİD19 xəstələrinin sayında da artım gözlənilir və daha çox tibb işçisi bu xəstələrin qayğısına cəlb olunacaqdır.

Kursun məqsədi

Kursun əsas məqsədi tibb işçilərinin SARS-CoV-2 infeksiyasına dair biliklərinin dərinləşdirilməsini, yüngül, orta ağır və ağır pediatrik COVİD19 xəstələrinin menecmentinə dair ən son klinik protokol və təlimatlarda əks olunmuş məlumatlarla onların təmin edilməsi, pediatrik tibb müəssisələrində infeksion nəzarət tədbirlərinin görülməsinə dair təlimatlarla yaxından tanış edilməsidir.

Kursda əhatə olunan mövzular

Pediatrik xəstələrdə COVİD19-un xüsusiyyətləri, yüngül, orta və ağır pediatrik COVİD19 xəstələrinin müayinə və müalicəsi.

Auditoriya

pediatrlar, infeksionistlər, reanimatoloqlar, ailə həkimləri, kardioloqlar, radioloqlar, pediatrlar, pulmonoloqlar, anestezioloqlar, cərrahlar və digər tibb mütəxəssisləri, habelə tibb tələbələri və həkim-rezidentlər, orta tibb personalı
Kursun səviyyəsi Mütəxəssislər üçün
Kursun müddəti 4 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Kursu tamamlamaq üçün bütün mövzulara dair verilmiş video mühazirələri dinləmək, əlavə mütaliyət üçün materialları oxumaq və test imtahanında keçid balı və daha yuxarı bal toplamaq tələb olunur.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə