İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

Haqqımızda

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. Bu dövrdə artıq Azərbaycanda Tibb İnstitutu mövcud idi və ölkə üçün xeyli ali təhsilli mütəxəssislər hazırlamışdır. O vaxtlar Azərbaycanın ali tibb təhsili sistemi Sovet İttifaqının təcrübəsi əsasında formalaşmış və onun tərkib hissəsi idi. Bu sistemin əsasını tibb institutlarında bir neçə ümumi ixtisas üzrə həkimlərin diploma qədər təhsilini təmin etmək təşkil edirdi və onların məzunları ixtisaslarını artırmaq və yeni ixtisaslara yiyələnmək üçün mütləq diplomdan sonra xüsusi təhsil almalı idilər. Azərbaycanda işləyən və hazırlanan həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac yaranmışdı və bu zərurətdən irəli gələrək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu təşkil olundu. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislər, Z.M.Məmmədov, M.M.Əfəndiyev, H.K.Əliyev və digərləri ilə yanaşı, Rusiyanın bir sıra alimləri V.A.Tornoqradski, P.P.Popov və s. də iştirak etmişdilər. ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Ə.Əliyev Azərbaycan SSR-nin səhiyyə naziri, Azərbaycan KP MK-nın katibi və Dağıstan KP-nın rəhbəri vəzifəsində işləmişdir. Qafqazın müdafiəsinin təşkilində fəal iştirak etmişdir. 1962-ci ildə Əziz Məmməd oğlu Əliyevin əbədi xatirəsi və böyük əməyinə olan məhəbbət ifadə olunaraq instituta onun adı verildi. Müxtəlif illərdə Azərbaycanda və SSRİ-də böyük nüfuzə malik alimlər: V.A.Tornoqradski, M.İ.Əliyev, B.A.Ağayev, Ə.M.Əliyev instituta rəhbərlik etmişlər. Son 34 ildir ki, instituta tibb elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Russiya Tibb Akademityasının müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycanın və SSRİ-nin Dövlət Mükafatları laureatı, Azərbaycanın "ŞÖHRƏT" ordeni ilə təltif olunmuş, dünya şöhrətli uroloq-alim Mirməmməd Cavad oğlu Cavad-zadə 34 il rəhbərlik edib.

Hazırda institutun professor-müəllim heyəti içərisində Azərbaycanın, Rusiyanın və digər xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 8 əməkdar elm xadimi, 8 əməkdar həkim çalışır. Bunlardan «Şöhrət» ordeni və «Tərəqqi» medalı ilə təltif olunmuşlar da var. Bu illərdə institutn maddi-texniki bazası möhkəmləndirilmiş, elmi-pedaqoji mütəxəssislərin hazırlığı daha da mükəmməlləşdirilmişdir, 40 doktorluq və 130 namizədlik dissertasiyaları müdafiə olunmuş, 70-ə yaxın respublikadan və xaricdən aspirant, 160-a yaxın kliniki ordinator hazırlanmışdır. ADHTİ-də aparılan elmi-tədqiqat işlərinin nəticələri və təhsil sahəsində təcrübələri onun bazasında bir sıra ittifaq və beynəlxalq konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsinə imkan verir. İnstitutda aparılan tədqiqatların təcrübədə tətbiqi üçün vahid prinsip «tədqiqat-tədris və tətbiq» əsasında həkimləri elmin müasir nailiyyətləri ilə tanış edir. 2009-cu ildən instituta tibb elmləri doktoru, dermatovenerologiya kafedrasının müdiri, professor Kərimov Sənan Hüsi oğlu rəhbərlik edir.

Son illərdə institut xarici əlaqələrini daha möhkəmləndirmiş, institutun vəsaiti hesabına 25 nəfərə qədər müəllimlərin xaricdə təhsillərini təkmilləşdirməsinə imkan yaradılmışdır. İnstitutda xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi ənənə halını almışdır. Eyni zamanda, ölkənin həkim-mütəxəssislərinin Moskva, Sankt-Peterburq və s. şəhərlərin adl-sanlı professorları tərəfindən təkmilləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir. Mühazirələrin, praktik məşğələlərin yüksək səviyyədə aparılması üçün kafedraların əksəriyyəti müasir avadanlıqlarla təchiz olunur.

Təlimçi - instruktorlar

Rəna Şirəliyeva

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri

Azər Fərəcov

/

Aytən Məmmədbəyli

/

Yunus Əfəndiyev

/

Andreas Petropoulos

/

Konstantinos Kyriazis

/

Natəvan Fərəcova

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Terapiya kafedrasının professoru

Təranə Əsədova

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Təcili yardım kursunun müəllimi

Sənubər Vəliyeva

/

İsrafil Quliyev

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Anesteziologiya-reanimatologiya kafedrasının assistenti

Valeh Mirzəzadə

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu / Terapiya kafedrasının müdiri, professor

Toğrul Talıbov

Bakı Sağlamlıq Mərkəzi / kardioreabilitoloq

Firdovsi İbrahimov

Mərkəzi Klinika / Kardioloq

Rüfət Zeynalov

Bakı Sağlamlıq Mərkəzi / invaziv kardioloq

Tofiq Sadiqov

Kliniki Tibbi Mərkəz / invaziv kardioloq

Tofiq Cahangirov

Elmi-Tədqiqat Kardiologiya İnstitutu / Kardioloq

Vüqar Gülüzadə

Modern Hospital Klinikası / kardioloq

Eyal Herzog

FACC / Kardioloq

Cəmil Babayev

Mərkəzi Klinika / invaziv kardioloq

Ülvi Mirzoyev

Ege hospital / invaziv kardioloq

Oktay Musayev

Mərkəzi Klinika / invaziv kardioloq

Atila Bitigen

Prof. Dr. Cemil Taşçıoğlu Şehir hastanesi Kardiyoloji kliniği / TKD HT Çalışma grubu başkanı

Hidayət Məmmədzadə

Baku Medical Plaza / Endokrinologiya şöbəsinin müdiri

Mirzə Mütəllimov

Mainz Universitetinin Öyretim Xestexanası / Kardiologiya şöbəsi, Klinikum Idar-Oberstein

Şəhla Ağayeva

Bakı Sağlamlıq Mərkəzi / Kardioloq

Üzeyir Rəhimov

Baku Medical Plaza / kardioloq

Emil Qasımov

Yeni klinika / Alestiezoloq - Reanimatoloq

Nərgiz Ağayeva

Baku Medical Plaza / nevroloq

Elnur Fərəcov

Mediland Hospital / nevroloq

Fuad Səmədov

Bakı Sağlamlıq Mərkəzi / kardioloq

Turab Canbaxışov

Azərbaycan Tibb Universiteti / Tədris Cərrahiyyə Klinikasının Qadın Xəstəlikləri və Doğum Şöbəsinin müdiri

Hidayət Məmmədzadə

/

Emil Hidayətli

ANDOP / dietoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis

Empar Lurbe

Valensiya Ümumi Xəstəxanası / Pediatriya şöbəsinin müdiri

Giuseppe Mancia

Milano-Bicocca Universiteti / Klinik Fiziologiya və Hipertoniya Mərkəzinin direktoru

Serap Erdine

/ Hipertoniya və Ateroskleroz cəmiyyətinin prezidenti

Özge Özden Tok

Bahçelievler Memorial Hastanesi / Kardioloq

Yasmin Rüstəmova

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası / invaziv kardioloq

Nərgiz Hüseynova

Avrasiya Hospitalı / həkim-revmatoloqu

Nabil Seyidov

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Səhiyyə siyasəti və planlaşdırma şöbəsi

Rəhimə Qəbulova

Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu / Kardioloq

Gülnaz Dadaşova

Elmi Tətqiqat Kardiologiya İnstitutu / Direktor

Qalib Imanov

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Kardiologiya Şöbəsi / Şöbə müdiri

Mövzular

İctimai səhiyyə Kardiologiya Pediatriya Cərrahiyyə İnfeksion xəstəliklər Anesteziologiya və Reanimatologiya Neonatologiya