İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Azəri Toksikoloqlar Dərnəyi İB

Haqqımızda

Məqsədi:

Dərnəyin əsas məqsədi kliniki toksikologiya və əlaqədar sahələrdə fəaliyyət göstərən mütəxəssisləri birləşdirərək, onların səylərini ictimai səhiyyənin inkişafına, əhali arasında xəstəliklərin profilaktikasına, sağlam həyat tərzinin təşviqinə, vətəndaşların mənəvi və psixoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəltmək, və kəskin zəhərlənmələr zamanı əhalinin sağlamlığının qorunması istiqamətində müxtəlif proqram və fəaliyyətlərin həyata keçirilməsini təmin etməkdir. 

Klinik toksikologiya sahəsində yerli elmi tədqiqatların təşviqi və inkişafı və kəskin zəhərlənmələrin qarşısının alınması və müalicəsi sahəsində müasir elmi nailiyyətlərin praktik sağlamlığa gətirilməsi də dərnəyin əsas fəaliyyət istiqamətlərindəndir.

Təşkilatın fəaliyyət növləri:

  • toksikologiya və digər əlaqəli ixtisaslar sahəsində nəzəriyyə və təcrübə suallarının inkişafına kömək;
  • toksikologiya sahəsində çox mərkəzli epidemioloji, klinik və statistik proqramların təşkilində iştirak və fəaliyyətlərinin əlaqələndirilməsi;
  • təşkilatın fəaliyyətinə dair tədbirlərin təşkili və keçirilməsi: konqreslər, konfranslar, simpoziumlar, seminarlar, sərgilər - toksikoloji elminin və praktikasının nailiyyətlərini tanıtmaq, onları toksikoloji və terapevtik müəssisələrin fəaliyyətinə təqdim etmək məqsədi ilə.
  • Azərbaycan və xaricdəki oxşar tədbirlərdə iştirak etmək üçün nümayəndələrini göndərmək.
  • hədəflərə çatmaq üçün zəruri nəşrin yaradılması.
  • elm və təcrübə sahəsində perspektivli tədqiqat sahələrində ən aktual problemlərin həllində toksikoloqların iştirakı; 
  • səmərəli təkliflər, texnologiyalar və inkişaf yollarını müəyyən etmək və dəstəkləmək üçün dərnəyin fəaliyyət istiqamətləri üzrə elmi məqalələr, tədqiqat işləri, tədris vəsaitləri, müxtəlif müsabiqələrin təşkili və keçirilməsi; 
  • Azərbaycanda səhiyyənin inkişafı üçün dövlət və özəl proqramların, eləcə də toksikologiya sahəsində normativ sənədlərin və digər proqramların, ixtiraların və kəşflərin ictimai ekspertizasının aparılması.

Təlimçi - instruktorlar

İsmayil Əfəndiyev

Klinik Tibbi Mərkəz, Toksikologiya şöbəsi /

Azər Maqsudov

Klinik Tibbi Mərkəz, Toksikologiya şöbəsi / şöbə müdiri

İnci Bağırova

Klinik Tibbi Mərkəz, Toksikologiya şöbəsi / Həkim-toksikoloq

Nabil Seyidov

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Səhiyyə siyasəti və planlaşdırma şöbəsi

Mövzular

İctimai səhiyyə Anesteziologiya və Reanimatologiya