İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Sinfin idarəedilməsində müəllimin strateji planlaması

5.00(5)

Ümumi məlumat

Gənc müəllimlərin ən çox ehtiyac duyduğu təlimlərdən olan Sinfin idarəolunması modulu nəzəri və praktiki baxımdan müəllimlərimizə şagirdlərin emosional və akademik qavramalarını inkişaf etdirmək üçün bilikləri ehtiva edir. Şagirdlərə fərdi yanaşmaq və qarşıya qoyulan təlim nəticələrinə çatmaq üçün müəllim ilk öncə sinfi düzgün idarə etməli ve təhlükəsiz öyrənmə mühiti yaratmalıdır. Modul ərzində beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış təlim materialları gənc müəllimlər üçün bələdçi rolunu oynayacaqdır.

Kursun məqsədi

Sinifdə əlaqələrin qurulması ilk gündən başlayır. Güclü əlaqələr qurmağa başlamaq üçün bu strategiyalardan istifadə edin.Öyrənmə münasibətsiz baş vermir. Sinif otağında qaydalar vacibdir, amma illərin təcrübəsi göstərir ki, münasibətlər daha böyük əhəmiyyət kəsb edir. Şagirdlər ilə münasibətlərimizin dərinləşdirilməsi yollarından biri onlara özümüz haqqında danışmaqdır: bu, onlara bizimlə və öz aralarında bölüşmə imkanı yaradacaq. Əlbəttə ki, qaydalar, prosedurlar və qanunlar vacibdir ki, şagirdlərdə ilk gündən nə gözləyəcəkləri barədə təsəvvür yaransın. Məlumdur ki, sinif gözləntiləri barədə əvvəldən aydın və dəqiq olan müəllimlər bütün il boyu vəziyyətə nəzarət edə bilir. Qayda və gözləntiləri paylaşdıqdan sonra şagirdlərə özünüz haqqınızda məlumat verən bir neçə slayd və artefaktlar göstərin. Ümumi məlumatlar paylaşa bilərsiniz (ailəniz, getdiyiniz məktəb, müəllimlikdən öncəki işləriniz və s.), lakin həyatınıza bir neçə həssas baxış əlavə edə bilərsiniz.

Kursda əhatə olunan mövzular

Prosedurlar Gözləntilər Qaydalar Monitorinq Rəğbətləndirmə və Cəzalandırma tədbirləri

Auditoriya

5ilə qədər təcrübəsi olan gənc müəllimlər, müəllim olmaq istəyən şəxslər
Kursun səviyyəsi Orta səviyyə
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri 5ilə qədər təcrübəsi olan gənc müəllimlər, müəllim olmaq istəyən şəxslər qoşula bilər
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(5)

Kursun kateqoriyası Sosial elmlər