İnformasiya Texnologiyaları

Komputer elmləri

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

Şəxsi inkişaf

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

İstifadə qaydaları

Təşkilat moderatorları üçün

Mobil tətbiqi və portaldan istifadə

“Ecourses.az portalı və mobil tətbiqi” (bundan sonra, Ecourses.az) portal və mobil tətbiqi www. Ecourses.az ünvanında və hazırki İstifadə Qaydalarına keçidləri olan digər əlaqədar vebsaytlarda (o cümlədən, www.tibbikurslar.com, www.mdreference.az, www.isim.az ünvanlarında yerləşən vebsaytlarda) və mobil tətbiqlərdə (birlikdə “Mobil Tətbiq və Sayt”) fəaliyyət göstərir. Biz, bu portal və mobil tətbiq istifadə edən üzvlərimizə (“Üzvlər”) öz şəxsi istəkləri və ya işlədikləri müəssisənin istəyi və ya tələbi əsasında virtual təlim kursları yaratmaq və ya kurslarda iştirak etmək, bu xidmətlər barədə məlumatlar vermək və ya almaq imkanı verən online virtual təlim-tədris və maarifləndirmə xidmətləri təklif edirik. Mobil tətbiq və sayta daxil olaraq və onlardan istifadə edərək,  siz, hazırki İstifadə Qaydalarına və Mobil tətbiq və saytda olan bütün digər şərtlərə və qaydalara əməl etməyə razılaşırsınız. Bu İstifadə Qaydalarından hər hansı birinə əməl etmək istəmədiyiniz halda, siz,  saytdan və ya xidmətlərdən istifadə edə bilməzsiniz. 

 

Təlim-tədris və maarifləndirmə xidmətləri 

Ecourses.az vasitəsilə xidmətlər göstərən Peşəkar Mütəxəssislər/Müəllim-instruktorlar və təlim-tədris xidmətləri təklif edən müəssisələr, ümumilikdə “Ecourses.az-ın mütəxəssisləri” adlandırılan mütəxəssislərdir. “Ecourses.azİT, iqtisadiyyat, tibb və ya hər hansı digər sahədə lisenziyalaşdırılmış peşə fəaliyyəti ilə məşğul deyil, lakin müvafiq xidmətləri və onların xidmət və lisenziyasına şamil olunan tələblərə uyğunluq üçün cavabdehlik daşıyan, Mütəxəssisləri tərəfindən hər hansı digər lisenziyalaşdırılmış fəaliyyətə müdaxilə etmir. Ecourses.az, nə də Xidmətləri təşviq edən və ya sizi Xidmətlərə keçid ilə təmin edən hər hansı üçüncü tərəf Xidmətlər vasitəsilə Mütəxəssislərindən əldə etdiyiniz hər hansı peşəkar məsləhət, məlumat və ya tövsiyyə üçün cavabdehlik daşımır. Ecourses.az platforması və mobil tətbiqdə olan məlumatlar yalnız təlim-tədris prosesi məqsədini daşıyır və peşəkar mütəxəssisin rəyini, tövsiyələrini əvəz etmək üçün nəzərdə tutulmayıb. 

Ecourses.az olan tibbi və ya səhiyyə ilə bağlı olan kurslar və verilən məlumatlar yalnız təhsil, maarifləndirmə və təlim-tədris məqsədi daşıyır və tibb işçisinin klinik düşüncəsini və klinik təcrübəsi əsasında qəbul edilmiş qərarları və tövsiyələrini, ən son elmi sübutları və klinik protokolları əvəz edə bilməz. Təcili və təxirəsalınmaz hallarda mütləq 103 və ya 113 ilə əlaqə saxlamaq vacibdir. Ecourses.az-da göstərilən xidmətlər hər hansı tibbi halların və vəziyyətlərin diaqnostikası və müalicəsi üçün nəzərdə tutulmayıb.

Mobil Tətbiq və Saytın məzmunu (Tibb Mütəxəssislərindən aldığınız məlumatdan başqa) hər hansı xüsusi dərman vasitəsi və ya müalicənin sizin üçün təhlükəsiz, uyğun və ya effektiv olduğuna dair tibbi məsləhət və ya təsdiq, təqdimat  və ya zəmanət hesab olunmamalıdır. 

 

İstifadəçi hesabları

Ecourses.az-da qeydiyyatdan keçən zaman sizdən tam adınızı, elektron poçt (email) ünvanınızı, parol və Ecourses.az tərəfindən toplanan digər müəyyən məlumatları (ümumilikdə “Hesab Məlumatları”) daxil edərək hesab (“Hesab”) yaratmaq tələb olunur. Hesab yaratmaq üçün siz məcburi müqaviləni bağlamaq üçün ən azı 18 yaşdan yuxarı olmalısınız. Əgər məcburi müqaviləni bağlamaq üçün tələb olunan hüquqi yaşda olmasanız, siz Xidmətlərimizdən istifadə üçün qeydiyyatdan keçə bilməzsiniz. Hər zaman, o cümlədən qeydiyyat zamanı bizə təqdim etdiyiniz hesab məlumatlarınızın və Mobil Tətbiq və Sayta yüklədiyiniz istənilən məlumatın doğru, dəqiq, cari və tam olduğu ilə razılaşırsınız. Hesab parolunuzu başqasına ötürə və ya onun ilə paylaşa və ya birdən çox Hesab yarada bilməzsiniz (valideyni və ya hüquqi qəyyumu olduğunuz uşaqlar üçün yaradılmış alt hesablar istisna olmaqla). Siz Hesab parolunuzun məxfiliyinin qorunub saxlanılması və hesabınızda baş verən bütün fəaliyyətlər üçün cavabdehlik daşıyırsınız. Ecourses.az, Mobil Tətbiq və Sayt və Hesab Məlumatlarınızın təhlükəsizliyi ilə bağlı zəruri və ya əsaslı hesab etdiyiniz istənilən və bütün əməliyyatları  yerinə yetirmək hüququna malikdir. Heç bir halda Ecourses.az, bu Mobil Tətbiq və Saytda Hesab məlumatlarından istifadə etməyiniz və ya hesabınızda olan məlumatların kimsə tərəfindən üçüncü tərəfə ötürülməsi ilə bağlı və ya bunun nəticəsində baş verən hər hansı zərər və ya öhdəlik üçün sizin qarşınızda cavabdehlik daşımayacaqdır. Siz heç vaxt başqasının hesabından istifadə edə bilməzsiniz. 

 

Uşaqların Xidmətlərdən istifadə etməsi

Xidmətlərin  uşaqlar tərəfindən istifadəsi mümkündür, lakin uşaqlar Üzv olmaq səlahiyyətinə malik deyil və onlar Xidmətlərdən valideyn və ya hüquqi qəyyumlarının nəzarəti olmadan istifadə edə bilməzlər. Əgər siz azyaşlı uşağın adından valideyn və ya hüquqi qəyyum kimi qeydiyyatdan keçsəniz, bu zaman siz hazırki İstifadə Qaydalarına əməl edilməsi üçün tam cavabdehlik daşıyacaqsınız. 

Təlimçi-instruktorlar üçün

Mülkiyyət hüququ / sahiblik 

Mobil tətbiq və Sayt və onun bütöv məzmunu, xüsusiyyətləri və funksionallığına (o cümlədən bütün məlumatlar, proqram təminatı, mətn, displeylər, görüntülər, video və audio qeydlər və onun dizaynı, seçilməsi və nizamı) dair sahiblik Ecourses.az, onun sahibkar şirkəti, lisenziyaçıları və həmin materialların digər təminatçılarına aiddir və onlar Azərbaycan Respublikası və beynəlxalq müəllif hüquqları, əmtəə nişanları, patent, ticarət sirri və digər əqli mülkiyyət və ya mülkiyyətçi hüquqları haqqında qanunlar ilə qorunur. Hazırki İstifadə Qaydaları sizə Mobil Tətbiq və Saytdan yalnız şəxsi, qeyri–kommersiya məqsədilə istifadə etməyə icazə verir. Siz, bu İstifadə Qaydalarına əsasən Mobil Tətbiq və Saytda ümumi olaraq və adətən icazə verilən hallar istisna olmaqla, Mobil Tətbiq və Saytımızda olan hər hansı materialı çoxaltmamalı, yaymamalı, dəyişdirməməli, onların törəmələrini yaratmamalı, onları açıq şəkildə nümayiş etdirməməli, yenidən dərc etdirməməli, yükləməməli, saxlamamalı və ya başqalarına ötürməməlisiniz. Siz Mobil Tətbiq və Saytın hər hansı hissəsinə və ya onlarda mövcud olan hər hansı xidmət yaxud materiala hər hansı kommersiya məqsədi üçün daxil olmamalı və ya istifadə etməməlisiniz. 

 

Əmtəə nişanları

Mobil Tətbiq və Saytda və ya Xidmətlərdə nümayiş olunan müəyyən adlar, loqolar və digər materiallar Ecourses.az və ya digər qurumların əmtəə nişanları, ticarət adları, xidmət markaları və ya loqolarından (“Markalar”) təşkil oluna bilər. “Ecourses.az” - un açıq yazılı icazəsi olmadan sizə həmin Markalardan istifadə etmək icazəsi verilmir. Bütün belə markalara və onlar ilə bağlı mülkiyyət hüququ bizə və ya həmin digər qurumlara aiddir. 

 

Məxfilik və kommunikasiya məlumatları 

Ecourses.az–dan sizin sağlamlıq məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün səhiyyə məlumatlarının məxfiliyi və təhlükəsizliyinə dair qanunlarına əməl etmək və ehtiyat tədbirləri görmək tələb olunur. Bundan əlavə, sağlamlıqla bağlı məsləhətləşmə, tibbi konsultasiya və ya terapiya sessiyası zamanı Tibb Mütəxəssisinə təqdim etdiyiniz məlumatlar, Məxfilik Siyasətimizdə daha ətraflı şəkildə təsvir olunan müəyyən hüquqi istisnalardan başqa digər hallarda, hüquqi baxımdan məxfidir. Şəxsi məlumatlarınızın təhlükəsiz olmasını təmin etmək üçün hər cür səy göstəririk. Sağlamlıq və digər şəxsi məlumatlarınızdan istifadə ilə bağlı məlumatlar bizim Məxfilik Siyasətimizdə təsvir olunur. 

Sizi Xidmətlərimiz ilə təmin etməyin bir hissəsi olaraq, biz, təyinat /görüş xatırladıcıları, xidmət elanları, məxfilik bildirişləri, inzibati mesajlar və Xidmətlər haqqında digər məlumatlar kimi müəyyən məlumatlar (“Kommunikasiya məlumatları”) ilə təmin etməli ola bilərik. Bu məlumatlar Xidmətlərin və Hesabınızın bir hissəsi hesab olunur. 

Hazırki İstifadə Qaydaları üçün “razıyam” xanasını və /və ya Mobil Tətbiq və Saytda sizə təqdim olunan hər hansı digər formaları işarə etməklə, siz, hazırki İstifadə Qaydaları ilə razılaşırsınız və bu hərəkət hüquqi imza hesab olunur. Siz razılaşırsınız ki, aşağıdakılar daxil olmaqla, lakin onlar ilə məhdudlaşmamaqla, biz Kommunikasiya məlumatlarını sizə elektron vasitələr ilə göndərə bilərik: (1) elektron poçt ilə qeydiyyat zamanı bizə təqdim etdiyiniz ünvandan istifadə edərək, (2) qısa mesajlaşma xidməti (“SMS”), qeydiyyat zamanı bizə təqdim etdiyiniz mobil nömrəyə mesaj göndərməklə (“SMS mesajlar”), (3) planşet və ya mobil cihazınızda bildirişlər və ya (4) Mobil Tətbiq və Saytda Kommunikasiya Məlumatlarını yayınlamaqla. Hər hansı Kommunikasiya Məlumatının tərəfimizdən çatdırılması o zaman qüvvədə hesab olunur ki, oxuyub–oxumamağınızdan asılı olmayaraq, biz onu sizə göndərək. Siz Hesabınızı deaktiv edərək Kommunikasiya Məlumatlarını qəbul etmək razılığınızı geri götürə bilərsiniz. Təhlükəsiz olmayan email ilə müqayisədə təhlükəsiz elektron mesajlaşmaya hər zaman üstünlük verilsə də, müəyyən hallarda sizin ilə “Ecourses.az” arasında şəxsi sağlamlıq məlumatlarınızdan ibarət təhlükəsiz olmayan email əlaqəsi də mövcud ola bilər. 

Ecourses.az”  email ilə göndərilən mesajların təhlükəsizliyini və ya məxfiliyini təmin edir. Sizə göstərilən xidmətlər ilə bağlı məlumatlar “Ecourses.az” tərəfindən saxlanılan təhlükəsiz, şifrələnmiş serverlərdə saxlanılır. 


Digər 

Hazırki İstifadə Qaydaları və sizin Saytdan istifadəniz ziddiyyətli qanunlar prinsipini tətbiq etmədən Azərbaycan qanunları ilə tənzimlənəcəkdir. BU İSTİFADƏ QAYDALARI İLƏ BAĞLI HƏR HANSI ŞƏKİLDƏ YARANAN HƏR HANSI MÜBAHİSƏLİ MƏSƏLƏ MÜSTƏSNA OLARAQ AZƏRBAYCANDA YEKUN VƏ MƏCBURİ ARBİTRAJ MƏHKƏMƏSİNDƏ HƏLL EDİLƏCƏKDİR. ARBİTRAJ YOLU İLƏ VƏ YA DİGƏR ŞƏKİLDƏ BÜTÜN İDDİALAR HƏR HANSI QRUP VƏ YA KOLLEKTİV İCRAATDA İDDİAÇI VƏ YA QRUP ÜZVÜ KİMİ DEYİL, YALNIZ FƏRDİ OLARAQ SİZƏ AİD OLACAQDIR. Tərəflər bu İstifadə Qaydaları ilə bağlı hər hansı hərəkət üçün şəxsi və predmet yurisdiksiyası və Azərbaycanda yerləşən məhkəmə yerləri ilə razılaşırlar. 

Ecourses.az-un bu İstifadə Qaydalarında müəyyənləşdirilən hər hansı şərtdən və ya qaydadan imtinası həmin şərt və ya qaydadan sonrakı və ya davamlı imtinanı bildirmir  və ya  “Ecourses.az”-un bu İstifadə Qaydalarına əsasən hər hansı hüquq və ya müddəanı təsdiq etməməsi həmin hüquq və ya müddəadan imtinası hesab olunmur. Bu İstifadə Qaydalarının hər hansı müddəası səlahiyyətli yurisdiksiya məhkəməsi və ya digər tribunalı tərəfindən hər hansı səbəbdən qanunsuz, etibarsız və ya qanuni qüvvəsini itirmiş hesab olunarsa, bu zaman həmin müddəa İstifadə Qaydalarının qalan müddəalarının tam olaraq qüvvədə qaldığı minimum həddə kənarlaşdırılacaq və ya məhdudlaşdırılacaqdır. 

“Ecourses.az”  siqnal gücünün və diaqnoz çatışmazlıqlarının optimallaşdırılması üçün əhəmiyyətli dərəcədə cəhd göstərir, lakin o internet və ya verilənlər zolağı və mobil cihazınızın siqnalı üçün məsuliyyət daşımır.  Hər hansı sualınızı və ya bu İstifadə Qaydalarının pozulması ilə bağlı məlumatı  destek@ecourses.az ünvanına göndərin. 

Şərəf kodeksi

Müdavimin və Müəllimin Şərəf Kodeksi 1 iyul 2020-ci il tarixindən etibarən qüvvədədir

Virtual təlimlərdə və kurslarda iştirak edən bütün müdavimlər aşağıdakı kodu yerinə yetirməyə razı olmalıdırlar: Ecourses.az tərəfindən əlavə hesabların qeydiyyata alınmasına açıq icazə verilmədiyi təqdirdə yalnız bir hesab üçün qeydiyyatdan keçəcəm. Ev tapşırıqlarına, test suallarına, imtahanlara, layihələrin hazırılanmasına və digər tapşırıqlara cavablarım mənə məxsus olacaq (açıq şəkildə əməkdaşlığa icazə verən tapşırıqlar istisna olmaqla). Ev tapşırıqları, testlər, imtahanlar, layihələr və digər tapşırıqların həlli üçün heç kimə yardım etməyəcəm və ya onların əvəzlərinə bu işləri həyata keçirməyəcəm (tapşırığın açıq şəkildə müştərək həlli üçün icazə verildiyi hallar istisna olmaqla). Buraya həm mənim yazdığım həllər, həm də kurs instruktorları və ya digərləri tərəfindən verilən hər hansı bir həll daxildir. Mən nəticələrimi ləyaqətsiz və qeyri-dürüst şəkildə yaxşılaşdıran və ya başqalarının nəticələrini ləyaqətsiz və qeyri-dürüst şəkildə yaxşılaşdıran və ya digərlərinin nəticələrinə zərər verən hər hansı fəaliyyətlə məşğul olmayacağam.

Tələbələr üçün

Giriş hüquqları

Biz bununla sizə Mobil Tətbiq və Sayta giriş və Xidmətlərdən yalnız şəxsi, qeyri–kommersiya məqsədilə və yalnız bu İstifadə Qaydalarına və bizim ilə bağlayacağınız hər hansı ayrıca müqavilələrə əsasən icazə verilən qaydada istifadə etmək üçün məhdud, qeyri–müstəsna, başqalarına ötürülə bilməyən hüquq veririk (“Giriş hüquqları”). Biz öz ixtiyarımızla istənilən səbəbdən hər kəs üçün Saytdan və ya Xidmətlərdən istifadəni inkar etmək və ya dayandırmaq hüququna sahibik. Siz aşağıdakıları etməyəcəyiniz və onları etməyə cəhd göstərməyəcəyiniz barədə razılaşırsınız (a) hər hansı fiziki və ya hüquqi şəxsi təqlid etmək və ya digər şəkildə fiziki və ya hüquqi şəxs ilə əlaqənizi təhrif etmək (b) Sayt və ya Xidmətlərdən hər hansı yerli, dövlət, milli və ya beynəlxalq qanunu pozmaq üçün istifadə etmək (c) Mobil Tətbiq və Sayt və ya Xidmətlərin hər hansı proqram təminatı və ya digər komponentlərinin dizaynını dəyişmək, sökmək, hissələrə ayırmaq və ya tərcümə etmək; (d) Sayt vasitəsilə virus və ya digər zərərli kompüter kodlarını yaymaq  və ya (e) digər şəkildə yuxarıda qeyd olunan istifadənin əhatə dairəsini aşacaq şəkildə Xidmətlərdən və ya Mobil Tətbiq və Saytdan istifadə etmək. Bundan əlavə, siz, Sayt vasitəsilə Tibb Mütəxəssisləri ilə əlaqə saxlayan zaman qeyri–müvafiq hesab olunacaq təhqiramiz danışıq və davranışdan yaxud qanunsuz və ya qeyri–qanuni davranışdan çəkinməyə və Mobil Tətbiq və Saytdan kənar tele–səhiyyə xidmətləri üçün Tibb Mütəxəssisləri ilə əlaqə saxlamamağa razılaşırsınız. “Ecourses.az”  Mobil Tətbiq və Sayt vasitəsilə aparılan Tibb Mütəxəssisləri ilə olan hər hansı qarşılıqlı əlaqə üçün cavabdehlik daşımayacaqdır. Biz ciddi şəkildə ictimai kompüterlərdə Xidmətlərdən istifadə etməməyi tövsiyyə edirik. Biz, həmçinin veb brauzerin və ya digər proqram təminatında Hesab parolunuzu saxlamamağı da tövsiyyə edirik. 

 

Haqqlar və satınalma şərtləri 

Siz Hesabınız üçün bütün haqqları və ya ödənişləri haqq və ya ödənişin ödənilməli və ödəniləcək olduğu vaxtda qüvvədə olan haqqlara, ödənişlərə və fakturalandırma şərtlərinə əsasən ödəməyə razılaşırsınız. Kredit kartı nömrəsini, PayPal və ya  digər hesabınızı və əlaqədar ödəniş məlumatlarını Ecourses.az -da qeyd etməklə, siz, Ecourses.az -a ödənilməli və ödəniləcək bütün haqlar və ödənişlər üçün Ecourses.az -un hesab  fakturasını birbaşa olaraq hesabınıza göndərmək səlahiyyəti verməyə və heç bir əlavə bildiriş və ya razılığın tələb olunmadığı ilə  razılaşırsınız. 

Sağlamlıq planınızı “Ecourses.az” müştərək şəkildə işəgötürən və yaxud agentlik ilə birlikdə xidmət haqqını və yaxud xidmət haqqının bir hissəsini ödəməyi razılaşdırmışdırsa və yaxud xidmət haqqı “Ecourses.az” ilə birlikdə təyin edilən bir neçə digər razılaşdırma planına uyğundursa, belə halda ödənişin tənzimlənməsi sizin üçün müəyyənləşdirilən xidmət haqqı formasında əks edilməlidir. Sağlamlıq planı üzrə hər hansı xidmətə dair haqqın işəgötürəniniz və ya agentlik tərəfindən qarşılandığını  dəqiqləşdirməyiniz xahiş olunur.

Sağlamlıq planı, işəgötürən və ya agentlik Ecourses.az ilə rüsumun və ya ödənişin hər hansı bir hissəsini ödəmək üçün bir tədbir görmüşdürsə və ya ödəniş Ecourses.az ilə başqa bir razılaşmaya uyğun olarsa, bu ödəniş tənzimlənməsi sizin olduğunuz haqqda əks olunacaq nəticədə qeyd olunur. Zəhmət olmasa, hər hansı bir xidmətin geri qaytarılacağını müəyyən etmək üçün işəgötürəninizə, sağlamlıq planınıza və ya agentliyinizə müraciət edin.

Xidmətlər üçün sığorta paketiniz olmazsa və ya sığorta paketindən imtina edilərsə, bu halda siz bütün çəkilən xərclər üçün şəxsən özünüzün məsuliyyət daşıyacağınızı qəbul edirsiniz. Ecourses.az sizin hər hansı belə ödənişi qəbul etməyiniz üçün heç bir zəmanət təklif etmir. Ecourses.az bu İstifadə Şərtlərinə müvafiq olaraq gələcək ödənişlər və ya ilkin ödəniş üçün fakturanın sizə göndərilməsindən əvvəl istənilən vaxt yeni qiymət strukturunu dəyişdirmək və ya həyata keçirmək hüququna malikdir. Siz başa düşür və razılaşırsınız ki, təyinat əsasında təmin edilən Xidmətlər üçün biz sizə daha qısa ləğvetmə / təxirəsalma pəncərəsinin tətbiq edildiyi barədə yazılı şəkildə məlumat verməsək, ən azından 24 saat əvvəlcədən planlaşdırılmış təyinatı ləğv etməsəniz, planlaşdırılmış xidmətlər üçün siz və ya sizin sığortaçınız və ya  digər ödəyicinin ödəyəcəyi haqların tam  və ya müəyyən hissəsinə bərabər olan buraxılmış təyinat haqqı üçün özünüz məsuliyyət daşıyacaqsınız. 

 

Xitam

Siz istədiyiniz zaman istənilən səbəbdən support@ecourses.az ünvanına e-mail (elektron poçt) göndərməklə öz Hesabınızı deaktiv edə və qeydiyyatınızı sonlandıra bilərsiniz. “Ecourses.az” istənilən vaxt, istənilən səbəbdən sizin Mobil tətbiq və saytdan istifadə etməyinizi, Hesabınızı və / və ya qeydiyyatınızı dayandıra və ya ona xitam verə bilər. Tətbiq olunan qanuna əsasən, “Ecourses.az”  daxili qeydlərin saxlanması və / və ya məzmunun məhv edilməsi siyasətlərinə əsasən Saytda yayımlanan və ya Sayta yüklənən bütün kommunikasiyaları və materialları saxlamaq, silmək və ya məhv etmək hüququna malikdir. Bu xitamdan sonra “Ecourses.az” -un bizim sizə səhiyyə qeydlərinizə giriş hüququnu təmin etmək öhdəliyimizdən və ya Mütəxəssislərdən tətbiq olunan hüquqi, etik və peşəkar öhdəliklərə əsasən sizi davamlı xidmətlər ilə təmin etməyin tələb olunduğu hallar istisna olmaqla, Xidmətləri göstərmək üçün heç bir digər öhdəliyi olmayacaqdır. 

 

Dəyişdirmək hüququ

Biz öz qərarımız ilə istənilən vaxt irəli getmək prinsipi əsasında bu İstifadə Qaydalarını dəyişə, onlara əlavə edə və ya onların müəyyən hissələrini silə bilərik. Hər hansı belə dəyişiklik haqqında bildirişdən sonra Sayt və / və ya Xidmətlərdən davamlı istifadə, həmin dəyişikliklər daxil olmaqla, yenidən işlənmiş İstifadə Qaydalarına əsasən məcburi hesab olunacaq hər hansı dəyişikliyin tərəfinizdən təsdiqləndiyini və onlar ilə razılaşmanızı bildirəcəkdir. 

ZƏMANƏTLƏRDƏN İMTİNA 

Bununla siz açıq şəkildə razılaşırsınız ki, saytdan və ya xidmətlərdən istifadə riski yalniz sizə aiddir. Həm sayt, həm də xidmətlər “olduğu kimi” və “mövcud” prinsipi əsasında təmin edilir. “ecourses.az”  açıq şəkildə  ifadə olunan və ya nəzərdə tutulan istənilən növ zəmanətdən, o cümlədən satışa yararlılıq zəmanəti, xüsusi məqsəd və istifadəyə uyğunluq, qanunların pozulmaması, mülkiyyət hüququ, istifadə edilə bilmə vəziyyəti, sakit istifadə zəmanətindən, məlumatların dəyəri, dəqiqliyi və sistem inteqrasiyasi ilə bağlı istənilən zəmanətdən açıq - aşkar şəkildə imtina edir.

ÖHDƏLİKLƏRİN MƏHDUDİYYƏTİ 

Başa düşürsünüz ki, tətbiq olunan qanunla yol verilən dərəcədə heç bir halda “ecourses.az”, “ecourses.az-ın mütəxəssisləri” və ya onların əməkdaşları, saytın texniki komandası, işçiləri, direktorları, ana şirkətləri, törəmə müəssisələri, filialları, agentləri və ya lisenziyaçıları hər hansi dolayı, şərti, xüsusi və ya nümunə xarakterli zərərlər, o cümlədən gəlir, mənfəət, qudvil, istifadə itkisi və ya həmin zərərlərin müqavilə, vətəndaş intizamsizlığı (laqeydlik və ciddi öhdəlik daxil olmaqla), qanuni və ya digər şəkildə zəmanət əsasında baş verib - verməməsindən asılı olmayaraq, saytdan və ya xidmətlərdən istifadə etməyiniz ilə bağlı məlumat və ya digər qeyri–maddi itkilər üçün heç bir öhdəlik daşımayacaqdır.

Tətbiq olunan qanuna əsasən hər hansı nəzərdə tutulan zəmanətdən imtina edə və ya onun öhdəliklərini məhdudlaşdıra bilməyəcəyimiz halda, bu zəmanətin həcmi, müddəti və öhdəliklərimizin əhatə dairəsi həmin tətbiq olunan qanuna əsasən minimum yol verilən həddə olacaqdır. 

 

Zərərlərin əvəzinin ödənilməsi (təzminat) 

Siz “Ecourses.az”, “Ecourses.az-ın Mütəxəssisləri” və onların əməkdaşlarını, direktorlarını, işçilərini, agentlərini, törəmə müəssisələrini, filiallarını, lisenziyaçılarını və ya təchizatçılarını hazırki İstifadə Qaydalarının tərəfinizdən pozulması nəticəsində baş verən və bu şəkildə baş verdiyi iddia olan hər hansı tələb, iddia, hərəkət, öhdəlik və hesablaşmalara, o cümlədən əsaslı hüquqi və  mühasibat uçotu haqqlarına (“İddialar”) qarşı qorumağa, müdafiə etməyə və zərərlərin əvəzini ödəməyə razılaşırsınız. 

 

Coğrafi məhdudiyyətlər 

“Ecourses.az” Mobil Tətbiqdə və Saytda və ya Sayt vasitəsilə Xidmətlərdə təsvir olunan bütün məhsulların, xidmətlərin və / və ya materialların Azərbaycandan kənarda digər ölkələrdə və ya Azərbaycan daxilində bütün ərazilərdə istifadə üçün uyğun və ya mövcud olduğuna dair heç bir təminat vermir. 

 

Məlumatların açıqlanması

Saytda lisenziyalaşdırılmış klinik xidmətlər göstərən bütün Mütəxəssislər fəaliyyət göstərdikləri sahələrdə və ya ölkələrdə peşəkar lisenziyalaşdırma qurumları və ya agentlikləri tərəfindən təqdim olunan peşəkar lisenziyalara və ya digər təsdiqləyici sənədlərə sahibdirlər. Bütün mütəxəssislər, o cümlədən, həkimlər və psixoloqlar, tibb və ya psixologiya üzrə üstün dərəcəyə sahibdir və bir çoxu fəlsəfə üzrə doktor dərəcəsi qazanmışlar. 

Müxtəlif peşəkarlar, o cümlədən səhiyyə\tibb üzrə peşəkar bir mütəxəssis tərəfindən göstərilən xidmətlər üzrə şikayətinizi adıçəkilən lisenziyalı peşəkar qurum ilə  əlaqə saxlayaraq onları  məlumatlandıra bilərsiniz.

Xidmətlərdən istifadə etməyiniz nəticəsində hazırlanan istənilən klinik qeydlər, səciyyəvi olaraq ən azı beş il olmaqla, dövlətin qanununa əsasən həmin qeydlərin saxlanılmasının tələb olunduğu minimum ildən az olmayan müddət ərzində ““Ecourses.az”, “Ecourses.az-ın Mütəxəssisləri” adından ““Ecourses.az”  tərəfindən etibarlı şəkildə saxlanılacaqdır. 

 

Vebsayt keçidləri 

BİZ HƏR HANSI DİGƏR VEBSAYT, İNTERNET MƏKANI VƏ YA MƏLUMAT MƏNBƏYİNDƏ TAPILAN HƏR HANSI MƏLUMAT, PROQRAM TƏMİNATI VƏ YA KEÇİDLƏR, NƏ DƏ SİZİN HƏMİN MƏLUMAT, PROQRAM TƏMİNATI VƏ YA KEÇİDLƏRDƏN İSTİFADƏNİZ, NƏ DƏ HƏR HANSI BELƏ VEBSAYT YAXUD ONLARIN MÜVAFİQ OPERATORLARININ HƏRƏKƏT VƏ YA HƏRƏKƏTSİZLİYİ ÜÇÜN HEÇ BİR CAVABDEHLİK DAŞIMAYACAĞIQ.