Daxil olmaq üçün aşağıdakı məlumatları dəqiqliklə daxil etməyiniz xahiş olunur
Ecourses Azərbaycanda ilk milli və regional təhsil və tədris platforması olmaqla, qısa müddətdə etibarlılığını və effektivliyini sübuta yetirmişdir. "Uptodate İn Medicine", Ezgil Medical Technologies və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən qurulan Ecourses, ölkəmizin və region ölkələrinin ən yüksək reytinqli universitet və akademiyalarının, peşəkar elm və təlim-tədris təşkilatlarının, öz sahələrində lider qurumların və minlərlə öyrənci və peşəkar mütəxəssisin cəmləşdiyi bir platformadır.
Regional platforma olmaqla, Ecourses ənənəvi təhsilə yanaşmanı təkmilləşdirir, təlim-tədris imkanlarına çıxışı daha əlçatan edir, potensial məhdudiyyətləri və baryerləri aradan qaldırır. İnsanların öz istəkləri və sərbəst şərtləri əsasında öyrənməsinə imkan verən Ecourses platforması, ən yüksək keyfiyyətli, virtual-canlı və elektron tədris təcrübələrini təmin edir.
Məqsəd əmək bazarına daxil olmaq, peşəni dəyişdirmək, bilik və bacarıqları artırmaq və təkmilləşdirmək, və ya yeni maraqlara uyğun araşdırmalar aparmaq olmasından asılı olmayaraq, Ecourses öyrəncilərə tibb, iqtisadiyyat, kompüter elmləri, inşaat, mühəndislik, mədəniyyət, incəsənət, fərdi inkişaf və digər mövzular üzrə kurslara çıxış təmin edir.
Bu uzun və incə yolda bizimlə olduğunuza görə təşəkkür edirik
TƏSDİQLƏNMİŞ KURSLAR
TƏRƏFDAŞ TƏŞKİLAT
MÜƏLLİM-İNSTRUKTOR
MƏMNUNİYYƏT
Bu gün qeydiyyatdan keçin və yeni bir şey öyrənin. Ecourses vasitəsi ilə müəllim və instruktorlar, təhsil və biznes təşkilatları müxtəlif elektron tədris vasitələri yarada və platformaya yeni xüsusiyyətlər qataraq, tələbələrə fayda gətirəcək yenilikçi həllər yarada bilərlər.
2020-ci ildə yaradıldığımıza baxmayaraq, tərəfdaşlarımıza təhsil və təlim sahəsindəki təsirlərini artırmaqda yardımçı olmaqdan qürur duyuruq.
Ən yaxşı müəllimlərin ürək cərrahiyəsi, müalicə işi, stomatologiya, təcili yardım, hematologiya, ginekologiya, pediatriya, infeksiyon xəstəliklər və sair kimi mövzulardakı video mühazirələrinə başlayın.
1.225+
KurslarƏn yaxşı müəllimlərin İT, Biznes etikası, Marketinq, Ictimai Səhiyyə, İlk tibbi yardım və digər çoxsaylı mövzulara dair video mühazirələri izləyin.
Bülletenimizə abunə olmaq üçün e-poçtunuzu daxil edin müntəzəm olaraq yeniliklərimizdən xəbərdar olun!