İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Təqdimat bacarıqları

5.00(3)

Ümumi məlumat

Bir çoxları elə bilir ki, təqdimat sadəcə müəllimin ağıllı üz ifadəsi ilə slaydları çevirib nəyisə danışmaq deməkdir. Təəssüflər olsun ki, əksər hallarda bu belə də olur, çünki çıxış edən müəllim elementar təqdimat bacarıqlarına sahib deyil. Amma elə müəllimlər də var ki, onların çıxışlarını dəfələrlə və yorulmadan izləmək olar. Bəs sirr nədədir? Təbii ki, sirr yalnız bacarıqlarda deyil, həmdə çıxış edənin şəxsi keyfiyyətlərindən, onun əhval-ruhiyyəsindən, izləyicilərə verdiyi mesajlardan, nitqin səmimiliyindən də asılıdır. Kurs müddətində müəllimlər effektiv təqdimat bacarıqlarına yiyələnəcəklər.

Kursun məqsədi

Təqdimetmə bacarıqlarına yiyələnmək; Təqdimetmədə istifadə olunan effektiv vasitələri bilmək; Təqdimatda səhvlərə yol verməmək.

Kursda əhatə olunan mövzular

Təqdimatın planlaşdırılması və ona hazırlıq. Təqdimat zamanı davranış. Təqdimatı effektiv edən vasitələr. Təqdimatda tipik səhvlər. Təqdimatdan öncə planlı hazırlıq mərhələləri Təqdimat əsnasında təlimçi bacarıqları.

Auditoriya

İstənilən dərs zamanı hər hansı bir situasiyada hadisəni və ya fənnin materialını maraqlı bir təqdimat şəklində hazırlamaq bacarıqlarına yiyələnmək istəyənlər gənc müəllimlər üçün.
Kursun səviyyəsi Orta səviyyə
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri İstənilən dərs zamanı hər hansı bir situasiyada hadisəni və ya fənnin materialını maraqlı bir təqdimat şəklində hazırlamaq bacarıqlarına yiyələnmək istəyənlər gənc müəllimlər üçün.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(3)

Kursun kateqoriyası Sosial elmlər