İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

HSE.AZ

Haqqımızda

“www.HSE.az” 13 Yanvar 2018-ci ildə təsis edilmiş və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə maarifləndirmə işini həyata keçirən portaldır. Portal 25.05.2018-ci il tarixində 2904927371 saylı VÖEN ilə dövlət qeydiyyatından keçməklə “Məhdud Məsuliyyətli Cəmiyyət” (“HSE.AZ” MMC) formasında “Sağlam və təhlükəsiz Azərbaycan üçün” şüarı ilə fəaliyyət göstərir.

“HSE.AZ” MMC öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir:
• Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı xəbərlərin cəmiyyətə çatdırılması
• Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif maarifləndirici mövzuların hazırlanması və paylaşılması
• Yüklənə bilən kitabların, broşuraların, jurnalların, formaların, qanun və qanunvericilik aktlarının və s təmin olunması
• Videomaterialların, animasiyaların hazırlanması, sorğuların keçirilməsi
• Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı vakansiyaların paylaşılması
• NEBOSH IGC kurslarının e-learning olaraq satışı
• Şirkətlərdə SƏTƏMM idarəetmə sisteminin qurulması, proqramlaşdırılması
• SƏTƏMM üzrə təlimlərin təşkili
• Saytda və social şəbəkə səhifələrində aidiyyatı sfera üzrə fəaliyyət göstərən şirkətlərin reklamlarının həyata keçirilməsi

Əməkdaşlıq:
“HSE.AZ” MMC Azərbaycanda hündürlükdə görülən işlər üzrə ixtisaslaşmış “RZ-İNTER” MMC, “Aznews.info” xəbər saytı ilə əməkdaşlıq edir. Şirkətimiz ilk dəfə olaraq beynəlxalq arenaya çıxmaqla Amerika Birləşmiş Ştatlarının qabaqcıl təlim və konsultasiya şirkəti olan “United Training and Trade LLC” ilə NEBOSH Beynəlxalq Ümumi Sertifikatının Azərbaycanda təşkili üzrə əməkdaşlıq etməyə başlamışdır.

Təlimçi - instruktorlar

Rustam Abdullayev

HSE.AZ MMC / Təlimçi

Kurslarımız

Mövzular