İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Revmatologiya və Daxili Xəstəliklər Məktəbi

0.00(0)

Ümumi məlumat

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi, İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Revmatoloqlar İctimai Birliyi və Daxili Xəstəliklər Dərnəyinin birgə tərəfdaşlığı ilə təşkil edilmiş “Revmatologiya və Daxili Xəstəliklər Məktəbi”nin e-kursunu təqdim etməkdən məmnunluq duyuruq.

Kursun məqsədi

Kursun əsas məqsədi ən çox rast gəlinən, habelə diaqnostikası və menecmenti mürəkkəb olan revmatoloji və terapevtik xəstəliklərin detallı müzakirəsini təmin etməkdir.

Kursda əhatə olunan mövzular

Məktəbdə müzakirə edilən bəzi mövzular: ☑ Revmatoloji xəstəliklərin ümumi vəziyyətin qiymətləndirilməsi; ☑ Rentgendə tibbi görüntüləmə texnikaları və radioloji diaqnostika; ☑ Poliklinik müayinə prosesi: xəstənin tibbi tarixinin alınması və fiziki müayinə; ☑ Kardioloji praktikada revmatoloji xəstəliklər; ☑ Endokrinoloji praktikada revmatoloji xəstəliklər; ☑ və s.

Auditoriya

Türkiyə və Azərbaycan mütəxəssislərinin təqdimatları yer almış "Revmatologiya və Daxili Xəstəliklər Məktəbi”nin hədəf auditoriyası revmatoloqlar, kardioloqlar, terapevtlər, ailə həkimləri, infeksionistlər, endokrinoloqlar, pediatrlar, laboratoriya həkimləri, pulmonoloqlar, qastroenteroloqlar, hematoloqlar, ortopedlər, fizioterapevtlər və alqoloqlardı.
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 3 ay
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri E-kursda iştirak edərək sertifikat almaq istəyən mütəxəssislər, kursu tam dinləməli və yekundə xüsusi tərtib edilmiş e-imtahandan keçməlidir.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə