İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalı

Haqqımızda

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu xəstəliklə mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biri olmuşdur. Modul tipli xəstəxanaların açılması, bu xəstəliklə mübarizədə mühüm və effektiv addımların atılması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunması və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətinin təzahürüdür.

Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən bu modul tipli hospital ən müasir standartlara cavab verir. Modul tipli hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, hospital müasir avadanlıqlarla təchiz edilib. Belə ki, 7 iyul 2020-ci il tarixində açılan 800 çarpayılıq hospital son 43 gün ərzində 2277 çarpayılıq hospitala çatdırılıb. Hospitalda hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla təmin olunub. Hər birində 104 çarpayılıq 4 yeni böyük korpusda – 416 çarpayı. Hər birində 80 çarpayılıq 3 yeni kiçik korpusda – 240 çarpayı. Köhnə korpuslarda – 691 çarpayı. Müalicə – diaqnostik korpusda: 105 reanimasiya çarpayısı, 160 intensiv terapiya çarpayısı, Hemodializ – 1 çarpayı, Hemofiltr – 1 çarpayı. Cəmi 267 reanimasiya çarpayısı vardır. Hospitalda: 100 ədəd süni tənəffüs aparatı, 4 ədəd oksigen stansiyası, 2 ədəd mərkəzləşdirilmiş kompressor, 1 ədəd Kompüter tomoqrafiya aparatı, 6 ədəd portativ və 1 ədəd stasionar USM, Qastroskopiya, bronxoskopiya, kolonoskopiya, 300 ədəd – Edan markalı xəstə başı monitorları, 5 ədəd defibrilyator, 3 ədəd portativ rentgen aparatı, 17 ədəd portativ EKQ cihazı, 1 ədəd EEQ, 1 ədəd hemodializ, 1 ədəd hemofiltr; Kliniki, biokimyəvi, bakterioloji, mikrobioloji, PSR laboratoriya mövcuddur.

Modul tipli hospitalda yaradılan şərait koronaviruslu xəsətələrin müalicə işini qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Hospitalda HİSAZ - məlumatların idarəetmə sistemi mövcuddur. Burada mərkəzi qərargahda müalicə prosesinə aid olan bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə edilir. Bu sistem vasitəsilə xəstələrin tibbi məlumatlarını, müalicə prosedurlarını və bütün digər tibbi və qeyri-tibbi prosesləri həm hospital daxilində, həm də hospital kənarından izləmək mümkündür. Eyni zamanda bu sistem hospitalın fəaliyyət dövrünü istənilən tarix aralıqları üzrə izləmək imkanını verir.

Təlimçi - instruktorlar

Nabil Seyidov

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Səhiyyə siyasəti və planlaşdırma şöbəsi

Yunis Xəlilzadə

Uptodate in Medicine , mütəxəssis /

Ilyas Ismayilli

/

Könül İsmayılova

İctimai Səhiyyə və İslahatlar Mərkəzi / ictimai səhiyyə

Letafet Dadashova

Səhiyyə nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi / Səhiyyə

Kəmalə Aşumova

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi / Azərbaycan Uşaq Qaynar Xəttinin rəhbəri

Mövzular