İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)

Haqqımızda

AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Divizionu iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir.

Prioritetlər

Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi prioritetlərdən biri kütləvilikdir. Respublikanın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün müxtəlif tədbirlər, festivallar və turnirlər təşkil olunur. 

Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlər arasında futbol infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi prioritet məsələlərdən biridir. 

Futbol təhsilinin səviyyəsinin yüksəldilməsi, müasir tələblərə cavab verməsi AFFA-nın prioritetlərindən biridir. İxtisaslı kadrların hazırlanması məqsədilə AFFA-nın təşkilatçılığı ilə müxtəlif məşqçi kursları keçirilir. Uzun müddət C, UEFA-nın B və A kurslarını təşkil edən AFFA-nın bu sahədə həyata keçirdiyi tədbirlər Avropa futbol təşkilatı tərəfindən yüksək qiymətləndirilib və 2011-ci il iyunun 27-dən etibarən AFFA-nın təşkilatçılığı ilə UEFA-nın ən yüksək məşqçi lisenziyasını əldə etməyə imkan verən Pro kateqoriyalı kurslar keçirilməyə başlayıb. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, AFFA 2012-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşulub.

Təlimçi - instruktorlar

Nabil Seyidov

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi / Səhiyyə siyasəti və planlaşdırma şöbəsi

Mövzular

Kardiologiya Anesteziologiya və Reanimatologiya İdman elmləri