Daxil olmaq üçün aşağıdakı məlumatları dəqiqliklə daxil etməyiniz xahiş olunur
Azərbaycanda və bütün regionda səhiyyə sənayesi əhəmiyyətli transformasiyaya və tibbi yardımın keyfiyyəti, tibbi xidmətlərin qiyməti, istehlakçıların və sığorta şirkətlərinin əhəmiyyətli təsirləri ilə bağlı daha çox şəffaflığın tələb olunduğu islahatlara məruz qalır. Səhiyyə müəssisələri, o cümlədən dövlət və özəl xəstəxanalar, ambulator-poliklinika müəssisələri və laboratoriyalar, həkim və digər tibb işçilərini cəlb etməyə, səhiyyə modellərini qurmağa, yeni elektron səhiyyə və informasiya texnologiyalarını əldə etməyə və yeni maliyyə-ödəniş sistemlərinə yiyələnməyə son dərəcə ehtiyac duyurlar.
Uptodate In Medicine şirkətinin Təlim-tədris və Konsaltinq Xidmətləri vasitəsilə, məsləhətçilərimiz səhiyyə təşkilatlarına uğurla inkişaf etməkdə, mövcud və qarşıdakı ehtiyaclara uyğunlaşmağa və problemlərin aradan qaldırılmasında yardım göstərməyə çalışırlar. Biz ictimai səhiyyəyə səmərəli keçid, fərdi tibb anlayışını inkişaf etdirmək, ümumi qayğı xərclərini idarə etmək, biznes strukturlarını rasionallaşdırmaq, düzgün texnologiyaların əhatə edilməsi və proseslərin və xidmətlərin prioritetləşdirilməsi daxil olmaqla, kompleks məqsədlərə nail olmaq üçün düzgün strategiyaları inkişaf etdirmək və tətbiq etməkdə mülkiyyətindən və ölçüsündən asılı olmayaraq, bütün növ səhiyyə müəssisələrinə kömək edirik.
Aparıcı səhiyyə təşkilatlarının əksəriyyəti ilə əməkdaşlıq edərək, ekspertlər və məsləhətçilər qrupumuz strateji, təşkilati və əməliyyat vəzifələrinin müəyyənləşdirilməsi və aşkar edilən problemlərin həllində təcrübədən keçirilmiş bilik və bacarıqlara malikdir. Azərbaycanda səhiyyə bazarında yaşanan problemlər, çətinliklər və imkanlar barədə dərin düşüncələrimiz və təhlillərimiz, müştərilərimizin bu sahədə davamlı və diqqətəlayiq liderliyini təmin etmək üçün onlara doğru strateji seçimlər etməsinə imkan verir.
Missiyamız
İnsanlıq, qayğıkeşlik və mərhəmətlik prinsiplərini rəhbər tutaraq, hər bir üzvümüzü fərdi yanaşma əsasında beynəlxalq standartlara uyğun yüksək səviyyəli, komfortlu və keyfiyyətli tibbi qayğı ilə əhatə etmək.
Keyfiyyət: Siz Azərbaycanda və dünyanın qabaqcıl ölkələrində əlçatan olan ən yüksək səviyyəli və keyfiyyətli tibbi yardım almağa layiqsiniz.
Konfidensiallıq: Xəstəliyinizlə bağlı bütün məlumatlar məxfi saxlanılır və müalicə-diaqnostika konfidensial şəraitdə aparılır.
Fərdə yönəlik tibbi qayğı (eng. personalized medicine): Fərdi xüsusiyyətlərə və ehtiyaclara uyğunlaşdırılmış, əziyyətsiz, gərginliksiz və uzun növbələrsiz, komfortlu və keyfiyyətli tibbi xidmətlər.
Təlim kurslarımız:
Tərəfimizdən təşkil edilən tibbi kurslar həkimlər və orta tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Hər bir kurs peşəkar və təcrübəli həkim-mütəxəssislər tərəfindən müasir standartlara əsasən tərtib edilir. Bu məqsədlə mütəxəssislərimiz yüzlərlə aparıcı tibbi jurnal, yeni tibbi ədəbiyyat və elektron kitabxanalarda olan ən son məlumatları araşdırır.
Bülletenimizə abunə olmaq üçün e-poçtunuzu daxil edin müntəzəm olaraq yeniliklərimizdən xəbərdar olun!