İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Təkmil Həyata Dəstək Kursu

4.00(1)

Ümumi məlumat

Təkmil Kardiyovaskular Həyat Dəstəyi (ACLS) təlimi kursu özündə BLS (Təməl həyata dəstək) bacarıqlarını və eləcədə komanda şəklində aparılan ilkin reanimasiya və intensiv terapiya tədbirlərini ehtiva edir.

Kursun məqsədi

Kursda miokard infarktı, insult, aritmiyalar, ürək dayanması, peysmeykerin istifadəsi və kardiovaskulyar və pulmonar farmakoterapiyaya geniş yer ayrılıbdır. Nəzəri biliklərlə yanaşı kursda intensiv praktik bacarıqların öyrədilməsinə diqqət verilib. Kursun sonunda yazılı imtahan və Meqakoddan ibarət bacarıqların yoxlanması üçün real klinik halların simulyasiyaları tətbiq edilir.

Kursda əhatə olunan mövzular

Təkmil Ürək-ağciyər canlandırmanın əsas elementləri - Təməl Tibbi Yardımın əsasları - Ürəyin xarici masajı və düzgün ventilyasiya - Tənəffüs yollarının idarə olunması Praktik məşğələ: ürəyin xarici masajı, ventilyasiya və defibrilyatordan istifadə Kəskin Koronar Sindrom (KKS) -Stabil, Qeyri-stabil və orta riskli KKS - KKS-nin idarə olunması: fibrinolitiklər, aspirin, nitroqliserin və digər dərmanların istifadəsi Kəskin İnsult - İşemik insult, hemorragik insult - İnsultun idarə olunması Ürək dayanması EKQ-nin əsasları. Ritmin müəyyənləşdirilməsinin əsasları. Bradikardiya alqoritmi Taxikardiya alqoritmi: stabil ə qeyri-stabil Ürək dayanmasından sonrakı Qayğı Meqakod: praktik məşğələ

Auditoriya

Tədbirdə həkim, rezidentlər, tələbələr, orta tibb işçiləri, paramediklər və feldşerlər iştirak edə bilər.
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Tibb işçiləri
Kursun reytinqi

Orta istifadəçi reytinqi 4.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə