İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Cardiology Update Baku - 2021

0.00(0)

Ümumi məlumat

Qeyri-invaziv kardioloji görüntüləmə sürətli texnoloji dəyişikliyə məruz qalır və nəticədə ürəyin quruluşu və funksiyasının müayinəsi imkanları təkmilləşir və yaxşılaşır. Koronar KTA, obstruktiv koronar damar xəstəliyinin gedişatına erkən müdaxilə üçün kardioloqları çox vacib məlumatla təmin edir, struktur və anadangəlmə ürək xəstəliyi üçün müdaxilələrin həyata keçirilməsinə və cərrahi müdaxilə üçün düzgün taktikanın seçilməsinə əhəmiyyətli təsir göstərir.

Kursun məqsədi

Təlimin keçirilməsində məqsəd COVID-19 pandemiyası dövründə yerli ekspertlər ilə yanaşı, Türkiyə, İsrail, Rusiya və digər ölkələrin mütəxəssislərinin təcrübələrindən yararlanaraq tibb işçilərinin təkmilləşdirilməsi, onların bilik və bacarıqlarının artırılmasının davamlılığını təmin etməkdən ibarətdir.

Kursda əhatə olunan mövzular

Ürək çatışmazlığında yeni preparatlar və nəticələr Ürək çatışmazlığında 3 ölçülü exokardioqrafiya COVID-19 kardiovaskulyar ağırlaşmaların profilaktikası və müalicəsinə yanaşmalar Ürək çatışmazlığı müalicəsində irəliləyişlər İnfarktlı xəstələrin klinik təzahürlərinə və müalicəsinə yanaşma xüsusiyyətləri

Auditoriya

terapevt, reanimatoloq, təcili tibbi yardım həkimi, endokrinoloq, ailə həkimi, pediatr, nevroloq, nefroloq, psixiatr, mama-ginekoloq, radioloq, neonatoloq, anestezioloq, uroloq, anestezioloq, Fizioterapevt, Kardioloq, Ürək-damar cərrahı, reabilitoloq, psixoloq
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan-Türk dilləri
İştirak şərtləri Təlimdə iştirak ödənişsiz əsaslarla keçirilir.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə