İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Pediatrik Revmatologiya

0.00(0)

Ümumi məlumat

Təlim beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir. Revmatoloji xəstəliklərin təsnifatı və klinik qərarların qəbulu sistemi. İltihablı artropatiyalar, degenerative və mexaniki artropatiyalar, oynaqla bağlı olmayan və mərkəzi ağrı pozuntuları. Laborator diaqnostika. Pediatrik revmatoloji xəstəliklərin müayinəsində laborator analizlərin təyini. Anti-revmatik dərmanların toksik təsirlərinin qiymətləndirilməsi üçün istifadə olunan laborator testlər. İltihablı xəstəliklərin diaqnostikasına yanaşma. Diaqnostik görüntülərdə seroneqativ spondiloartropatiyaların, yuvenil idiopatik artritlərin və revmatoid artirlərin əlamətləri.

Kursun məqsədi

Təlim kursunda iştirak edən mütəxəssislər aşağıdakılara nail olacaqlar: Pediatrik revmatoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi, revmatoloji xəstəliklərin ağırlaşmalarının aşkar edilməsi və digər mütəxəssislərlə müştərək müalicəsi, revmatoloji xəstəliklərin müasir laborator və digər diaqnostikası metodlarının tətbiqi

Kursda əhatə olunan mövzular

Uşaqlarda kəskin revmatik qızdırma: klinika, diaqnostika və müalicısinə müasir yanaşmalar Körpələr və südəmər uşaqlara əlavə qidanın verilməsi proqramı Uşaqlarda sistem qırmızı qurd eşənəyinin diaqnostika və farmakoterapiyasına müasir yanaşma prinsipləri Pediatrik revmatologiyada fiziki müayinə və əzələ-skelet sistemin deyərləndirilməsi

Auditoriya

terapevt, reanimatoloq, təcili tibbi yardım həkimi, endokrinoloq, ailə həkimi, pediatr, radioloq, pulmonoloq,
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan-Türk dilləri
İştirak şərtləri Təlimdə iştirak ödənişsizdir .
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə