İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Kardiologiyada Yeniliklər Modul 1

5.00(1)

Ümumi məlumat

Qeyri-invaziv kardioloji görüntüləmə sürətli texnoloji dəyişikliyə məruz qalır və nəticədə ürəyin quruluşu və funksiyasının müayinəsi imkanları təkmilləşir və yaxşılaşır. Koronar KTA, obstruktiv koronar damar xəstəliyinin gedişatına erkən müdaxilə üçün kardioloqları çox vacib məlumatla təmin edir, struktur və anadangəlmə ürək xəstəliyi üçün müdaxilələrin həyata keçirilməsinə və cərrahi müdaxilə üçün düzgün taktikanın seçilməsinə əhəmiyyətli təsir göstərir. Ürəyin MRT müayinəsi pulmonar hipertenziya və ürək çatışmazlığı kimi mürəkkəb ürək xəstəliklərinin diaqnostikası və müalicəsi üçün qızıl standarta çevrilmişdir. Riyazi hesablamalar əsasənda ürək fəaliyyətinin dörd müstəvidə müayinəsi imkan verir ki, real zaman kəsiyində qan axınının sürəti qiymətləndirilsin. Exokardiografiya və nüvə kardiologiyasındakı irəliləyişlər mürəkkəb koronar və struktur ürək xəstəliklərinin idarə olunması üçün eyni dərəcədə maraqlı və dəyərlidir.

Kursun məqsədi

Bütün kardioloqlar, kardio-cərrahlar, qeyri-invaziv və invaziv ürək-damar görüntüləməsi ilə məşğul olan mütəxəssislərin bir araya gələcəyi bu mühüm elmi-praktik konfransda kardiologiyada və xüsusilə də ürək çatışmazlığında multimodal görüntüləmə texnologiyalarına dair maraqlı müzakirələr və paylaşımlar aparılacaqdır. Konfrans, hər bir görüntüləmə metodundan düzgün istifadə üçün mövcud tövsiyələri nəzərdən keçirəcək, yeni görüntüləmə texnologiyaların pasiyentin müalicəsinə, habelə səhiyyə xərclərinə təsirini dəyərləndirəcəkdir. Mühazirələr, panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə iştirakçılar, o cümlədən mütəxəssislər və ümumi praktika həkimləri, çox-modallı, qeyri-invaziv və invaziv ürək-damar görüntüləməsi sahəsində mövcud texnologiyalara dair yeni məlumatlar əldə edəcək və müxtəlif qabaqcıl görüntüləmə texnologiyalarının cari tətbiqləri haqqında biliklərini artıracaqlar.

Kursda əhatə olunan mövzular

Karotis arter xəstəliklərinin perkütan müalicəsində distal ve proximal qoruma yöntəmləri Ürək çatışmazlığının müalicəsində ən son tövsiyələr Simptomatik Fallo Tetralogiyalı körpələrdə palliativ pulmonar ballon valvuloplastikanın əhəmiyyəti

Auditoriya

reanimatoloq, ailə həkimi, nevroloq, Kardioloq, Ürək-damar cərrahı
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri təlimdə iştirak ödənişsizdir
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə