İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Hərbi və mülki trvamalarda ilk tibbi yardım

5.00(1)

Ümumi məlumat

Kurs ABŞ-ın “Travmada Təkmil Həyata Dəstək Kursu” (ATLS) və “Beynəlxalq Travmada Həyata Dəstək Kursu” (İTLS) əsasında və Azərbaycanın yerli şəraitinə uyğun hazırlanıb. Kursun məqsədi travma almış xəstələrə ilk tibbi yardımın vahid yanaşma əsasında aparılmasını təmin etməkdir. Kursun məzmunu ən effektiv və travmalı xəstələrin sağ qalma şansını artıran, xəstəxanaya çatdırılanadək xəstələrin həyati vacib funksiyaların dəstəklənməsinə yardımçı olan tədbirləri əhatə edir

Kursun məqsədi

Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. “MÜLKİ VƏ HƏRBİ TRAVMADA XƏSTƏXANAYAQƏDƏR VƏ TƏCİLİ TƏXİRƏSALINMAZ TİBBİ YARDIM KURSU” — travma nəticəsində zərər çəkmişlərə yardım göstərmək üçün həkimlərə və orta tibb işçilərinə keçirilən təlim kursudur. Kursun başqa adı “Travmada Həyata Dəstək Kursu”-dur. “Travmada İlkin Təxirəsalınmaz Tibbi Yardım Kursu” Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Uptodate in Medicine şirkətinin texniki və təşkilati dəstəyi ilə hazırlanıbdır.

Kursda əhatə olunan mövzular

Atəş altında ilk yardım Hərbi taktiki zonada ilk yardım Taktiki travmada qiymətləndirmə Ətrafların Travması. Travmada massiv qanaxma Tənəffüs Yollarının idarə olunması Abdominal travmaların menecmenti Torakal və ürək Travmalarında tibbi yardımın xüsusiyyətləri Başın Travmasında ilk yardım Onurğanın (Spinal) Travması Travma almış xəstələrdə ürəyin xarici masajı, maye infuziyası və sınıqların immobilizasiya ğ Şokun Qiymətləndirilməsi və İdarə Edilməsi Yanıqlarda ilk yardım

Auditoriya

terapevt, reanimatoloq, təcili tibbi yardım həkimi, endokrinoloq, ailə həkimi, pediatr, nevroloq, nefroloq, psixiatr, mama-ginekoloq, radioloq, neonatoloq, anestezioloq, uroloq, onkoloq, anestezioloq, qastroenteroloq, pulmonoloq, cərrahlar, İdmançı, Məşqçi, Fiziki tərbiyə müəllimi, Həkimlər, İdman tibbi və reabilitasiya üzrə mütəxəssis, Fizioterapevt, Kardioloq, Ürək-damar cərrahı, reabilitoloq, psixoloq
Kursun səviyyəsi Tibb və qeyri-tibb işçiləri üçün
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Təlim sertifikatlı və odenişsiz olacaq
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə