İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Uşaq hüquqları sahəsində çalışan əməkdaşkar üçün beynəlxalq təlim

0.00(0)

Ümumi məlumat

Bildiyiniz kimi, 2020-ci ilin aperl ayından etibarən Ümidli Gələcək STİB-nin sosial xidmət mərkəzləri fəaliyyətlərini davam etdirərək sosial-psixoloji, həmçinin hüquqi yardıma ehtiyacı olan uşaqlara və onların ailələrinə yaxından yardım göstərmək üçün virtual fəaliyyətini genişləndirmiş və sosial xidmət mərkəzlərində çalışan sosial işçi və psixoloqların, Karantin dövründə sosial-psixoloji reabilitasiya sahəsində bacarıqların təkminləşdirilməsi məqsədilə mütəmadi təlimlərə cəlb olunmuşdurlar.

Kursun məqsədi

COVİD-19 Pandemiyası nəticəsində uzun müddət davam edən karantini, həmçinin, iqtisadi, maddi və sosial məhdudiyyətlər nəticəsində məişət zorakılığı və sui-istifadə ilə bağlı problemləri nəzərə alaraq, Azərbaycanın şəhər və rayonlarda zorakılıq və sui-istifadə hallarını müəyyənləşdirmək və travmanın aradan qaldırılması məqsədilə silsilə beynəlxalq təlim kursları təşkil edir. Türkiyə Psixoloqları Dərnəyi ilə 10 günlük ZOOM platformasında uşaq zorakılığı haqqında beynəlxalq təlimdən sonra travma və onun aşkarlanması barədə təlimə başlanılmışdır. COVİD-19 Pandemiyası nəticəsində uzun müddət davam edən karantini, həmçinin, iqtisadi, maddi və sosial məhdudiyyətlər nəticəsində məişət zorakılığı və sui-istifadə ilə bağlı problemləri nəzərə alaraq, Azərbaycanın şəhər və rayonlarda zorakılıq və sui-istifadə hallarını müəyyənləşdirmək və travmanın aradan qaldırılması məqsədilə silsilə beynəlxalq təlim kursları təşkil edir. Türkiyə Psixoloqları Dərnəyi ilə 10 günlük ZOOM platformasında uşaq zorakılığı haqqında beynəlxalq təlimdən sonra travma və onun aşkarlanması barədə təlimə başlanılmışdır Beləliklə, 12-19-26 İyun və 03-17-24 İyul 2021-ci il tarixlərində İctimai Birlik İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyə dəstəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ABŞ Austern Riggs Center ilə əməkdaşlıqda 6 günlük ZOOM platformasında “Kompleks travmanın müalicəsi üçün Bağlılıq, Tənzimləmə və Səriştəlik Çərçivəsi” mövzusunda beynəlxalq təlim təşkil olunmuşdur. Təlimdə müvafiq dövlət qurumlarının və birbaşa öz fəaliyyətlərində ailələrə, eləcədə uşaqlara xidmət göstərən sosial işçi, psixoloq, məktəb psixoloqları, səhiyyə işçilərin və digər əməkdaşların zorakılığın aşkarlanması istiqamətində bilik və bacarıqlarının təkminləşdirilməsi, travmanın müəyyənləşdirilməsi və travmanın aradan qaldırılması mövzuları üzrə təcrübə proqramı ilə tanış olmuşlar. Təlimdə iştirak edən dövlət qurumları əməkdaşları onları maraqlandıran bir sıra sualları təlimçi Şirin Kazımova ünvanlamış və ətraflı cavab əldə etmişdirlər. Təlimçilər olaraq, Covid-19 pandemiyasının şərtlərinə baxmayaraq təlimin məqsədlərinin həyata keçirildiyini inamla deyə bilərik.

Kursda əhatə olunan mövzular

Uşaq hüquqları Uşaqlara qarşı törədilən zorakılığın növləri Zorakılığın risk faktorları, Zorakılıq halının müəyyən olunması, Diaqnostikası Ailələrlə işin təşkili Mütəxəssis bu halda özünü necə qorumalıdır​ mövzusunda təqdimatlar, qrup işləri, rollu oyunlar və​ müzakirələr təşkil edilmişdir.

Auditoriya

Sosial işçi, psixoloqlar, məktəb psixoloqları və səhiyyə işçiləri üçün nəzərdə tutulub.
Kursun səviyyəsi Mütəxəssislər üçün
Kursun müddəti
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Həm təlimçilər, həm də iştirakçılar çatışmazlıqları minimuma endirmək və​ beynəlxalq təlimin faydalarını maksimum dərəcədə artırmaq üçün əllərindən gələni etdilər.​
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Sosial elmlər