İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Kişilərin antenatal qayğı işlərinə cəlb edilməsi təlimi

5.00(1)

Ümumi məlumat

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsinin icrasına başlanılıb. Layihə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Layihənin əsas məqsədi – ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama-ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı ataların də iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsidir. Layihə ilə bağlı fəaliyyətlərin icrasının əlaqələndirilməsi məqsədilə İSİM, ATU, ADHTİ və “Ümidli Gələcək” STİB-nin nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət işçi qrupu yaradılıb.

Kursun məqsədi

Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.

Kursda əhatə olunan mövzular

Doğum öncəsi qulluqda atanın iştirakının sürətli qiymətləndirilməsi Uşağın gələcək sağlamlığında atanın rolu Kişilərin doğum öncəsi qulluqda iştiraki ilə bağlı nəzərə alınmalı risklərin siyahısı Doğuşaqədərki dövrdə müayinə üçün gəlişlər. Əsas laborator və radioloji/USQ müayinələr. Doğuşaqədərki dövrdə kişilərlə konsultasiya zamanı daxili qərəzin aradan qaldırılması üçün üsullar hamiləlik dövründə həkimə nə zaman müraciət etməli? Doğuşaqədərki dövrdə müayinə üçün gəlişlərdə kişilərin cəlb olunması ilə bağlı problemlərin həlli üçün nümunəvi strategiyalar və cavab tədbirləri. Doğuşaqədərki dövrdə və doğuş zamanı kişilərin cəlb edilməsi üçün rəhbər qaydalar Övladın sağlam olması üçün ata nə etməlidir? Anadangəlmə anomaliyaların profilaktikası və erkən aşkarlanması üçün əsas müayinələr. Doğumaqədərki dövrdə kişi müştərilərlə ünsiyyətdə istifadə edilməli nümunəvi ifadələr Aşkarlama aləti: hamiləlik dövründə intim partnyor zorakılığını aşkar edilməsi. Ünsiyyət Strategiyaları. İlkin səhiyyə xidməti səviyyəsində və ixtisaslaşmış ginekoloji yardım zamanı cütlüklə uğurlu ünsiyyətin qurulması. Gender Anlayışı və Gender rolları Yoxlama Siyahısı: Doğumöncəsi müayinə ziyarətləri zamanı valideynlərə verilməli resurslar və məlumatlar Kişilərin cəlb olunması üzrə nümunəvi siyasət. ÜST-nin bu sahədə siyasət və təcrübələrlə bağlı tövsiyələri Hamilə qadınların sağlam həyat tərzi Kişilərin hamiləlik dövründə iştirakı və qadınlara psixoloji dəstək Postpartum dövründə qadın psixologiyası və partnyorun öncədən məlumatlandırılması Doğuşaqədərki dövrdə müayinə üçün gəlişlərdə kişilərin cəlb olunması ilə bağlı problemlərin həlli üçün nümunələrin həlli üçün nümunəvi strategiyalar və cavab tədbirləri

Auditoriya

ailə həkimi, terapevt, mama-ginekoloq, pediatr, neonatoloq, tibb bacısı/qardaşı, rezident, tibb tələbəsi, psixoloq və s.
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 3 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Bu kurs ödənişsiz əsaslar ilə keçirilir.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə