İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

COVİD19 xəstələrində ilk tibbi yardım

1.00(1)

Ümumi məlumat

COVİD19 infeksion xəstəlik olduğundan və hava-damcı, hava və təmas yolu ilə ötürülməsi tibb işçiləri və ilk tibbi yardım göstərən digər şəxslərin yoluxmasına səbəb ola bilər. İlk yardım - BLS (təməl həyata dəstək, ilk tibbi yardım), ACLS (təkmil kardiovaskulyar həyata dəstək) və ya PALS (pediatrik təkmil həyata dəstək) - zamanı aparılan həyata dəstək tədbirləri koronavirus-2 infeksiyasının ötürülməsi riskini artırmış olur. Dünyanın aparıcı ilk tibbi yardım cəmiyyətləri, o cümlədən, Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsində və tibb müəssisəsindən kənarda göstərilən ilk tibbi yardım zamanı COVİD19 infeksiyasının ötürülməsi riskinin azaldılması məqsədilə mövcud təlimat və alqoritmlərə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərin əsas məqsədi tibbi personalı və ilk yardım göstərən şəxslərin qorunmasıdır.

Kursun məqsədi

BLS, ACLS və PALS çərçivəsində aparılan ilk tibbi yardım zamanı COVİD19 infeksiyasının ötürülməsinin qarşısının alınması məqsədilə tibbi və qeyri-tibbi personalın bilik və bacarıqlarının artırılması və onların müvafiq təlimatlarla təmin edilməsidir. .

Kursda əhatə olunan mövzular

COVİD19 xəstələrində baş vermiş ürək dayanması hallarında göstərilən İlk yardım zamanı ürəyin xarici masajı (döş kompressiyaları), defibrilyasiya və tənəffüsə dəstək; Ambu kisəsindən istifadə; aerozolizasiyaya səbəb olan müdaxilələr.

Auditoriya

bütün tibb işçiləri üçün
Kursun səviyyəsi Mütəxəssislər üçün
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Qeydiyyatdan keçdikdən sonra videoları izləmək, əlavə materiallarla tanış olmaq və test imtahanından keçid balı və ya daha yuxarı bal toplamaq
Kursun reytinqi

Orta istifadəçi reytinqi 1.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə