İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

XXI əsrdə tədrisdə monitorinq: Dəyərləndirmə və inkişaf

0.00(0)

Ümumi məlumat

Sinifin dəyərləndirilməsi öyrənmə ilə bağlı yeddi fərziyyəyə əsaslanır: 1. Şagirdin öyrənmə keyfiyyəti birbaşa tədrisin keyfiyyətindən asılıdır. Buna görə də öyrənməni yaxşılaşdırmağın ən yaxşı yolu tədrisi təkmilləşdirməkdir. 2. Müəllimlər tədris proseslərinin effektiv olması üçün tədris məqsəd və vəzifələrini yaxşı bilməli və işlərini onlara uyğunlaşdırmalıdırlar. Məqsəd və vəzifələrə nail olmaq üçün hərtərəfli geridönüşlərə ehtiyac var. 3. Şagirdlərin öyrənməsini təkmilləşdirmək üçün sürətli geridönüş tələb olunur. Bundan əlavə, tələbələr öyrəndiklərini necə dəyərləndirməyi bilməlidirlər. 4. Tədris proseslərində yaranan problem və dilemmaların həlli üçün formalaşdırılan suallara cavab vermək üzərə müəllimin hazırladığı dəyərləndirmə texnikaları tədris proseslərini təkmilləşdirəcək. 5. Sistemli tədqiqat müəllimlər üçün motivasiya və təkmilləşmənin ən güclü qaynağıdır. Sinfin dəyərləndirilməsinin də bunu təmin etmək imkanı mövcuddur. 6. Sinfin dəyərləndirilməsi xüsusi bir hazırlıq tələb etmir. Bütün fənlər üzrə təkmilləşməyə və yeniliyə açıq olan müəllimlər tərəfindən tətbiq oluna bilər. 7. Həmkarları ilə əməkdaşlıq edərək və şagirdləri təlim prosesinə fəal cəlb edərək müəllim öyrənməni və şəxsi məmnuniyyətini artıra bilər.

Kursun məqsədi

Sinifin dəyərləndirilməsi yolu ilə tədris keyfiyyətinin yaxşılaşdırılması

Kursda əhatə olunan mövzular

Dəyərləndirmənin mahiyyəti Dəyərləndirmənin məqsədi Sinfin dəyərləndirilməsi texnikaları Bir dəqiqə çalışması

Auditoriya

Gənc müəllimlər üçün
Kursun səviyyəsi Orta səviyyə
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Gənc müəllimlər üçün
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Sosial elmlər