İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Təhsil sosiologiyası: Çağdaş təhsildə bərabərsizliklər

0.00(0)

Ümumi məlumat

Fransız İnqilabı (1789) "bərabərlik, ədalət və azadlıq" ideyasının kütlələr tərəfindən tələffüz edildiyi ilk siyasi nümunədir. O, bərabərsizliyə qarşı inqilab fəlsəfəsini qaldırır. Bu siyasi üsyanın ictimai quruluşda gətirdiyi dəyişiklik də bərabərlik ideyasının əsl mənbəyini və hədəfini göstərir. Bərabərlik anlayışı insanın digər insanlarla eyni hüquq və azadlıqlara sahib olmaq istəyi və düşüncəsi kimi qəbul edilirsə, bərabərliyi cəmiyyətin bütün təbəqələrində tətbiq etmək olarmı? Cəmiyyətlər müxtəlif soy, cins, sosial status və kateqoriyalarda yaşayırlar. Bu müxtəlif fərqlər bərabərsizliyin elementidirsə, insanların onları aşması və bir-biri ilə bərabər olması mümkündürmü? Bu suallar bərabərliyin imkanları ilə yanaşı onun hüdudlarını da müəyyən edir. Başqa sözlə, eyni hüquq və azadlıqlara sahib olmaq istəyi bərabərliyi izah edərkən, bu istəyin reallaşmaması və ya arzuolunandan çox və ya az reallaşması zamanı yaranan vəziyyət bərabərsizlikdir.

Kursun məqsədi

Təhsildə bərabərsizliklərin aradan qaldırılması

Kursda əhatə olunan mövzular

Bərabərsizlik anlayışı; Təhsildə bərabərsizliklər; Təhsildə fürsət və imkan bərabərliyi; Təhsildə fürsət və imkan bərabərsizliyinə təsir edən faktorlar

Auditoriya

Gənc müəllimlər üçün
Kursun səviyyəsi Orta səviyyə
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Gənc müəllimlər üçün
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Sosial elmlər