İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

5.00(1)

Ümumi məlumat

Orta ümumitəhsil məktəblərində çalışan müəllim heyət üçün maarifləndirici ilk yardım təlimi. Təlimin məktəb müəllimləri tərəfindən izlənməsi onların ilk yardım bacarıqlarının artırılmasına və ilk yardım hallarında tibb briqadası gələnədək müvafiq tədbirlərin görülməsinə imkan yaradacaqdır.

Kursun məqsədi

İlk yardım təliminin əsas məqsədi tibb briqada gələnədək təhsil müəssisələrində müvafiq ilk yardım tədbirlərinin görülməsinə dair müəllimlər və digər əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır. Təlim kursunda ilk yardım nəzəri əsasları ilə yanaşı müxtəlif hadisələr zamanı həyata keçirilməsi tələb olunan müdaxilələr təsvir edilir, video vasitəsilə nümayiş etdirilir.

Kursda əhatə olunan mövzular

İlk yardımda ilkin anlayışlar Ürək dayanması hallarında ilk yardımın prinsipləri Huşsuz şəxsə ilk yardımın əsasları Avtomatik Defibrilyatordan istifadə qaydaları Boğulma zamanı ilk yardım Anafilaksiya və digər allergik reaksiyalarda ilk yardım Qanaxma və sümük sınıqlarında ilk yardım

Auditoriya

Orta ümumtəhsil məktəblərində çalışan pedaqoji və qeyri-pedaqoji kollektiv
Kursun səviyyəsi Orta səviyyə
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Təlimdə iştirak ödənişsiz əsaslarla həyata keçirilir. Video mühazirələri dinlədikdən sonra test suallarını cavablandırmaq tələb olunur.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Tibb və Səhiyyə