İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Ömür boyu öyrənmə

0.00(0)

Ümumi məlumat

Həyat boyu öyrənmə şəxsi, sosial və vətəndaşlıq həyatındakı bilik, bacarıq və vərdişləri yaxşılaşdırmaq üçün ümumi təhsil, peşə təlim və təhsili, formal və informal təhsili əhatə edən bir müddətdir. Ümumiyyətlə, öyrənmə kompleks aparılan bir yöntəmdir. Yəni öyrənmə prosesi yalnız elmi kitab oxumaqla və ya yalnız məqalələri araşdırmaqla aparıla bilməz. Ömür boyu öyrənmə dedikdə, biz həyatda baş verən bütün prosesləri izləməli, mütaliələr etməli, hətta bəzənsə nəyisə öyrənmək üçün səyahətə belə çıxmalıyıq. Çünki real həyatın bəxş etdiyi yeni mövzular və yeni möcüzələr əvəzolunmazdır. Belə ki, ömür boyu öyrənmə bəzən bir ibrətamiz filmə baxmaq, bəzən bilgili bir şəxslə söhbət etmək, bəzən də sadəcə müşahidə edib analiz etməkdir. Həmçinin, ömür boyu öyrənmə telefon, planşet, kompüter kimi texnoloji vasitələrdən istifadə edərək zaman və məkandan asılı olmadan da öyrənmə prosesini təmin edir.

Kursun məqsədi

Ömür boyu öyrənmənin önəmi

Kursda əhatə olunan mövzular

Ömür boyu öyrənmə nədir? Öyrənmənin hansı növləri vardır? Ömür boyu öyrənmə nə üçün gərəklidir? Ali təhsillə kifayətlənməli, yoxsa ömür boyu öyrənməli?

Auditoriya

Gənc müəllimlər üçün
Kursun səviyyəsi Orta səviyyə
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Gənc müəllimlər üçün
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Sosial elmlər