İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

21-ci əsr bacarıqları: Empatiya

0.00(0)

Ümumi məlumat

Empatiya digər insanların emosional vəziyyətini və onların mövqeyini başa düşmək qabiliyyətidir. Sosiallaşmanın ilkin şərti insanlarda empatiya hissinin olmasıdır. Empatiya anadangəlmədir, həm də koqnitiv inkişafa paralel olaraq inkişaf edir. Empatiya yaşadığımız dövrdə yüksək rol oynayır. Empatiyanın bizdən tələb etdiyi öz perspektivlərimizdən imtina etmək deyil, başqalarının baxışlarını öz baxışlarımızla birləşdirməyi bacarmaqdır. Effektiv müəllim olmaq üçün şagirdlərə qarşı empatiya və rəğbət bəsləmək vacibdir. Empatiya müsbət sinif mühiti yaratmaq üçün vacibdir. Müəllimlər özlərini şagirdlərinin yerinə qoya bildikdə, onların ehtiyaclarını daha yaxşı başa düşə və onlara daha həssas yanaşa bilərlər. Həmçinin, empatiya müəllimlərə şagirdləri ilə daha yaxşı əlaqə qurmağa kömək edə bilər. Bundan əlavə, empatiya və rəğbət müəllimlərə şagirdlərin niyə müəyyən davranışları yerinə yetirdiyini və onların narahatlığına nəyin səbəb ola biləcəyini daha yaxşı anlamağa kömək edir.

Kursun məqsədi

Müəllimlərdə empatiya hissinin olmasının vacibliyi

Kursda əhatə olunan mövzular

Empatiyanın növləri; Müəllimlərdə empatiya bacarığı

Auditoriya

Gənc müəllimlər üçün
Kursun səviyyəsi Orta səviyyə
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Gənc müəllimlər üçün
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Sosial elmlər