Şəxsi məlumatların məxfiliyinə dair bildiriş
“Ecourses.az” vasitəsilə Xidmətlər göstərən və ümumilikdə “Ecourses.az peşəkarları” adlandırılan, mütəxəssislər/instruktorlar və müəssisələr, müstəqil və müvafiq müəssisədə çalışan öz sahələrinin peşəkarlarıdır. Məxfilik Siyasətimizin bu bölməsində Ecourses.az Peşəkarlarının sizin haqqınızda şəxsi məlumatlardan necə istifadə edə biləcəklərini və onları necə açıqlayacaqlarını və sizin bu məlumatlara necə daxil olacağını təsvir edir. Diqqətlə bu bölməyə nəzər yetirin.
İstifadəçi barədə məxfilik necə qorunur?
“Ecourses.az” vasitəsilə online (virtual) təlim-tədris və maarifləndirmə xidmətləri göstərən mütəxəssislər kimi (“Mütəxəssisləri”, “bizi/ bizə”, “biz”, “bizim”), biz başa düşürük ki, siz və özünüz haqqında olan məlumatlar şəxsi məlumatlardır. Buna görə də, biz, sizin haqda məlumatların məxfiliyini qorumağa çalışırıq. Biz davamlı olaraq inzibati, fiziki və texniki vasitələrlə həmin məlumatları qorumağa və digər şəkildə tətbiq olunan qaydalarına əməl etməyə çalışırıq.
Şəxs haqqında məlumatlardan necə istifadə edirik və onları necə açıqlayırıq?
Şəxsi məlumatlarınızı təhsil-təlim xidmətləri ilə sizi təmin etmək, bu proses zamanı ödəniş və digər əməliyyatları təmin etmək üçün istifadə edirik. Aşağıda həmin fəaliyyətlərə dair nümunələr təqdim olunur, baxmayaraq ki, hər bir kateqoriyaya daxil olan hər bir istifadə və ya açıqlama halı qeyd olunmur:
-
- Kurslardan istifadə – Bizə təqdim etdiyiniz şəxsi məlumatların qeydiyyatını aparırıq. Bura sizin yazıldığınız kurslar, iş yeriniz, yaşınız, əvvəllər yazıldığınız kurslar və təlimlər, və online Xidmətlər vasitəsilə əldə etdiyimiz məlumatlar daxil ola bilər. Biz bu məlumatları digər şirkətlərə və ya müəssisələrə, üçüncü şəxslərə ötürmürük.
- Ödəniş – Biz sizə göstərilən xidmətlər zaman əldə etdiyiniz xidmətləri və təminatları, sizin, və ya işlədiyiniz şirkətin və ya digər üçüncü tərəfin bizə ödəniş etməsi üçün sənədləşdiririk. Abunə planınıza əsasən əvvəlcədən təsdiq tələb edən növbəti kurslardan istifadə üçün sizi bu kursa təhkim etmiş və ödəniş üzrə məsuliyyət daşıyan quruma məlumat verə bilərik.
- Keyfiyyətə nəzarət əməliyyatları – Şəxsi məlumatlardan göstərdiyimiz xidmətləri təkmilləşdirmək, və portalın işçi heyətini təlimatlandırmaq, biznes idarəetməsi, keyfiyyətin qiymətləndirilməsi və artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılması üçün istifadə edilir.
Biz həmçinin sizin şəxsi məlumatlarınızdan aşağıdakılar üçün istifadə edə bilərik:
-
- Açıqlamanı tələb edən milli qanunlara əməl etmək
- Sui–istifadə və ya laqeydlik qurbanlarını qorumaq üçün səlahiyyətli orqanları məlumatlandırmaq
- Saxtakarlıq və dələduzluq hallarının araşdırılması kimi dövlət nəzarəti fəaliyyətlərinə əməl etmək
- Hüquq–mühafizə orqanlarının rəsmilərinə və ya məhkəmə qərarlarına, məhkəmə çağırışlarına və ya qanunla müəyyən edilmiş digər proseslərə cavab vermək
- İstintaq, tibbi ekspertlər və dəfn qurumlarının öz vəzifələrini yerinə yetirmək üçün zəruri məlumatlar ilə təmin etmək
- Məxfilik və tədqiqat ehtiyaclarının tarazlaşdırılmasını təmin etmək məqsədilə daxili analiz protokollarından sonra araşdırma və tədqiqat aparmaq
- Sağlamlıq və ya təhlükəsizlik üçün ciddi təhdidin qarşısını almaq
- Milli təhlükəsizlik və sağlamlığın mühafizəsini təmin edən xidmətlər kimi ixtisaslaşmış hökümət qurumlarının fəaliyyətlərinin icrasına kömək etmək
- Biz həmçinin daxili prosedur əməliyyat məqsədləri üçün sizin şəxsi məlumatlarınızdan istifadə edə və ya onları açıqlaya bilərik. Məsələn biz sizə göstərilən xidmətlər üçün edilən ödənişdə iştirak edən şəxslər, məs. dostlarınız və ailəniz ilə əlaqə saxlaya və aldığınız xidmət və ya edilməli ödənişlər haqqında xatırlatmalar göndərə bilərik.
Əvvəldə təsvir olunmayan bütün digər istifadə halları və açıqlamalar yalnız sizin icazəniz ilə yerinə yetirilə bilər. Biz həmçinin sizin icazənizi marketinq məqsədləri üçün şəxsi məlumatlarınızdan istifadə etməzdən, onları açıqlamazdan və ya məlumatlarınızı üçüncü tərəfə ötürməzdən əvvəl əldə edəcəyik. Siz istənilən vaxt icazənizi geri götürə bilərsiniz; lakin bu əvvəlki istifadə və açıqlama hallarına təsir etməyəcəkdir.
Biz məxfilik praktikalarımızı dəyişdirmək və saxladığımız bütün məlumatlar üçün yeni təcrübələr tətbiq etmək hüququna sahibik. Yenidən işlənmiş bildirişlər Ecourses.az vebsaytında və gələcəkdə, mobil tətbiqində yayımlanacaqdır.
Topladığımız və ya saxladığımız şəxsi məlumatlara aşağıdakılar daxil ola bilər:
-
- Adınız, yaşınız, email ünvanınız, istifadəçi adınız, parolunuz və digər qeydiyyat məlumatları
- Hansı İnternet Brauzerdən, istifadə etdiyiniz kompüter və ya mobil cihazın növü və Saytdan necə istifadə etdiyiniz haqqında digər məlumatlar kimi istifadə etdiyiniz kompüter və ya mobil cihaz haqqında məlumatlar
- Sayt və ya əlaqədar xidmətlərdən istifadə etdiyiniz zaman daxil etdiyiniz digər məlumatlar.
Biz sizin Şəxsi Məlumatlarınızdan aşağıdakı məqsədlər üçün istifadə edə bilərik (I Bölmədə təsvir olunan Sağlamlıq Məlumatlarından istifadə ilə bağlı məhdudiyyətlərə əsasən):
- Sizi Xidmətlər ilə təmin etmək
- Keyfiyyət üzrə analizlər və oxşar fəaliyyətləri yerinə yetirməklə təlim-tədris xidmətlərinin keyfiyyətini təkmilləşdirmək
- Xidmətlərdən istifadə ilə bağlı məcmu statistika kimi müəyyən edilməmiş məlumatlar hazırlamaq
- Sayt yenilikləri mövcud olduqda sizə məlumat vermək
- Saytı və Xidmətləri sizə təqdim etmək və təşviq etmək
- Şəxsi Məlumatlarınızı bizə təqdim etdiyiniz istənilə digər məqsədi yerinə yetirmək
- Bizə icazə verdiyiniz hər hansı digər məqsəd üçün.
Biz həmçinin topladığımız və ya sizin təqdim etdiyiniz Şəxsi Məlumatları aşağıdakı tərəflərə açıqlaya bilərik (I Bölmədə təsvir olunan Sağlamlıq Məlumatlarından istifadə ilə bağlı məhdudiyyətlərə əsasən):
-
- Törəmə müəssisələrimiz və filiallarımıza
- Podratçılarımıza, xidmət provayderlərimizə və biznesimizi dəstəkləmək üçün istifadə etdiyimiz və şəxsi məlumatları məxfi saxlamaq üçün müqavilə öhdəlikləri ilə tabe olduğumuz digər üçüncü tərəflərə
- Məhkəmə qərarı ilə tələb edildikdə məlumatların təqdim edilməsi də daxil olmaqla, qanunla tələb edilən qaydada
- Vicdanla məlumatların açıqlanmasının sizin və başqalarının təhlükəsizliyini qorumaq, hüquqlarımızı qorumaq, saxtakarlıq hallarını aşkarlamaq və ya hökümət sorğusuna cavab vermək üçün zəruri olduğuna inandıqda
- Fəaliyyətin fasiləsizliyi prinsipi əsasında və ya müflisləşmə, likvidasiya və ya oxşar icraatın bir hissəsi olmasından asılı olmayaraq, Sayt tərəfindən saxlanılan Şəxsi Məlumatların ötürülən aktivlər arasında olduğu, Ecourses.az aktivlərinin hamısının və ya müəyyən hissəsinin satışı və ya transferi yaxud birləşmə, bölüşdürmə, yenidən təşkil və ləğv zamanı alıcıya və ya digər təyin edilmiş tərəfə.
- Məlumatları təqdim etdiyiniz zaman tərəfimizdən açıqlanan hər hansı digər məqsəd üçün.
Texnologiya vasitəsilə topladığımıız məlumatlar
Sayt və ya Xidmətlərdən istifadə etdikcə, müəyyən məlumatlar, Vahid Resurs Lokatorları (URL- lar) və üçüncü tərəf izləmə xidmətləri, o cümlədən aşağıdakılar haqqında naviqasiya məlumatları və müəyyən məlumatlar Cookies tərəfindən passiv şəkildə toplana bilər:
-
- Saytın fəaliyyəti haqqında məlumatlar. Saytda apardığınız axtarışların məzmunu kimi Saytda yerinə yetirdiyiniz əməliyyatlardan bəzilərinin qeydini apara bilərik.
- Giriş cihazı və brauzer məlumatları. Sayta kompüter və ya digər cihazdan daxil olduqda, biz, İnternet protokol ünvanınız, brauzer tipiniz, əlaqə / bağlantı sürəti və giriş vaxtları kimi həmin cihazdan anonim məlumatları toplaya bilərik (ümumilikdə “Anonim məlumatlar”).
- Cookies. Biz Sayt və Xidmətlərdən istifadə edilməsini asanlaşdırmaq, reklamımızı daha yaxşı etmək və həm sizi, həm də Ecourses.az –u qorumaq üçün həm sessiya Cookies – dən (veb brauzerinizi bağlayan vaxt qüvvədən düşən), həm də davamlı Cookies – dən istifadə edə bilərik. Siz seçimləri dəyişərək, Cookies–lərin qəbul edilməsini dayandırmaq və daxil olduğunuz vebsaytlardan Cookie qəbul etməzdən əvvəl sizi həvəsləndirmək barədə brauzerinizə göstərişlər verə bilərsiniz. Lakin siz Cookies-ləri qəbul etmədiyiniz halda , Sayta daxil olmuş vəziyyətdə qala bilməyəcəksiniz. Biz həmçinin Sayt və Xidmətlərdən istifadəni asanlaşdırmaq və məsələn istifadə modellərini ümumiləşdirməklə reklamlarımızı daha yaxşı etmək üçün Piksellərdən də istifadə edə bilərik. Hal–hazırda, biz, Saytımızın bütün hissələrində “İzləməyin” ("Do Not Track”) sorğularını təsdiq etmirik.
- Real vaxt məkanı. Saytın müəyyən xüsusiyyətləri cihazınızın yeri haqqında real vaxt məlumatlarını toplamaq üçün GPS texnologiyasından istifadə edir ki, Sayt sizin olduğunuz ölkədə Xidmətləri təmin etmək üçün lisenziyalaşdırılan və ya səlahiyyətli olan Tibb Mütəxəssisi ilə sizin aranızda əlaqə qura bilsin. Saytımızda Google Maps xidmətlərinə daxil olanda, siz, Google–nun Xidmətlər Şərtləri (Terms of Service) və Məxfilik Siyasəti (Privacy Policy) ilə razılaşmış olursunuz.
- Mobil xidmətlər. Biz mobil cihazınızdan və ya kompüterinizdən qeyri – şəxsi məlumatları toplaya bilərik. Ümumiyyətlə, bu məlumatlar bizə sizin üçün ən müvafiq məlumatları çatdırmağa kömək etmək üçün istifadə edilir. Toplanıla və istifadə edilə biləcək məlumatlara dair nümunələrə sizin istifadə etdiyiniz cihazın və ya kompüterin növü haqqında məlumatlar və tətbiqdən (lərdən) necə istifadə etdiyiniz daxildir. Bundan əlavə, bizim tətbiq (lər) haqqında mobil cihazınıza məlumat gəldikdə, biz, mobil cihazınızın model proqram təminatı versiyası və cihaz daşıyıcısı haqqında məlumatlar qəbul edəcəyik, bu məlumatlar isə bizə problemləri müəyyənləşdirmək və aradan qaldırmaq və digər şəkildə tətbiqlərimizin performansını təkmilləşdirmək imkanı verir.
- Analitika alətləri. Biz istifadəçilərin Saytdan necə istifadə etdiklərini analiz etməyə kömək etmək üçün Google Analytics kimi alətlərdən istifadə edirik. Bu üçüncü tərəflər bizim adımızdan istifadə və cihaz ilə əlaqəli məlumat və verilənləri toplaya və analiz edə bilmək üçün xidmətlərimizdə cookies, API və SDK–lərdən istifadə edə bilərlər. Google Analytics, AppsFlyer və Mixpanel istifadəçilərin Sayta neçə vaxtdan bir daxil olmaları, hansı səhifələrə baxmaları və Sayta daxil olmazdan əvvəl hansı digər saytlardan istifadə etdikləri barədə məlumatları toplamaq üçün Cookies – dən istifadə edirlər. Biz əldə etdiyimiz məlumatlardan Saytımızı və Xidmətlərimizi təkmilləşdirmək üçün istifadə edirik. Google Analytics növbəti dəfə Sayta daxil olduğunuz vaxt sizi unikal istifadəçi kimi müəyyənləşdirməkdən ötrü veb brauzerinizdə davamlı Cookie yaratsa da, Cookie, Google–dan başqa heç kim tərəfindən istifadə edilə bilməz. Google–un Google Analytics tərəfindən sizin Sayta daxil olmağınız haqqında toplanılan məlumatlardan istifadə etməsi və onları paylaşması Google Analytics – in İstifadə Qaydaları və Google–un Məxfilik Siyasəti ilə məhdudlaşdırılır. Siz https://tools.google.com/dlpage/gaoptout/ ünvanında mövcud olan Google Analytics Opt-out Browser Add-on tətbiqini yükləməklə və quraşdırmaqla məlumatlarınızın Google Analytics tərəfindən istifadə edilməsinin qarşısını ala bilərsiniz, o həmçinin Mixpanel –in Sayta daxil olmalarınız haqqında topladığı məlumatlardan istifadə etmək və onları paylaşmaq imkanının ünvanında https://mixpanel.com/terms/ yerləşən Mixpanel İstifadə Qaydaları və https://mixpanel.com/privacy/ ünvanında yerləşən Mixpanel Məxfilik Siyasəti ilə məhdudlaşdırılması ilə də mövcuddur. Siz Saytda olan zaman bu keçid https://mixpanel.com/optout/ üzərində klikləməklə brauzerləriniz vasitəsilə toplanılan məlumatların Mixpanel – tərəfindən avtomatik saxlanılmasından imtina edə bilərsiniz. İmtinaları izləmək üçün Mixpanel cihazlarınızda olan davamlı imtina seçimləri cookie – dən istifadə edir. Siz həmçinin AppsFlyer – in topladığı məlumatların növünü və onun vebsaytına daxil olaraq http://www.appsflyer.com/opt-out və ya [email protected] ünvanına elektron poçt məktubu göndərərək AppsFlyer – in necə imtina edəcəyi barədə məlumatlara rast gələ bilərsiniz.
Üçüncü tərəflər ilə paylaşdığınız məlumatlar
Bu Sayt Məxfilik Siyasəti yalnız Sayt vasitəsilə və Sayt ilə əlaqədar olaraq elektron poçt, mətn və digər elektron kommunikasiyalarda toplanan məlumatlara şamil olunur. Saytın Məxfilik Siyasəti hər hansı üçüncü tərəf tərəfindən toplanan məlumatlara aid deyil. Saytdakı keçidlər üzərində klikləyən zaman, Saytımızı tərk edə bilərsiniz. Biz digər saytların məxfilik siyasətləri üçün məsuliyyət daşımırıq və sizə onların məxfilik bəyanatlarını oxumağı tövsiyyə edirik.
Məlumatların dəyişdirilməsi
Üzvlər Sayt vasitəsilə öz məlumatlarından bəzilərini yeniləməyə qadir olacaqlar. Hər hansı məlumatı dəyişdirmək sorğusu həmçinin [email protected] ünvanına təqdim edilə bilər.
Məlumatların silinməsi üzrə məhdudiyyətlər
Siz tərəfimizdən Şəxsi Məlumatlarınızın silinməsini tələb edə bilərsiniz, lakin bizdən bu məlumatları saxlamaq və onları silməmək (və ya müəyyən vaxt ərzində bu məlumatları saxlamaq, bu zaman biz yalnız həmin tələbləri yerinə yetirdikdən sonra sizin məlumatı silmək tələbinizə əməl edəcəyik) tələb oluna bilər (qanunla və ya digər şəkildə). Şəxsi Məlumatları silən zaman onlar aktiv verilənlər bazasından silinəcəkdir, lakin bizim arxivlərimizdə qalacaq və biz həmçinin sizin xidmətlərimizdən istifadəniz haqqında Anonim Məlumatları da saxlaya bilərik. Şəxsi Məlumatlarınızın bəzilərini üçüncü tərəflərə açıqladığımız zaman biz artıq həmin Şəxsi Məlumatlara daxil olmaya bilərik və açıqlamaları etdiyimiz tərəflər tərəfindən hər hansı belə məlumatların silinməsini və ya dəyişdirilməsini tələb edə bilmərik. Şəxsi Məlumatları sildikdən sonra biz müəyyənləşdirilməmiş məlumatları saxlaya bilərik və bu Sayt Məxfilik Siyasətində icazə verilən qaydada Müəyyənləşdirilməmiş Məlumatlardan istifadə etməyə davam edəcəyik.
Məlumatlarınızı təhlükəsiz şəkildə saxlamaq üçün gördüyümüz tədbirlər
Şəxsi Məlumatlarınızı icazəsiz girişə qarşı qorumağa kömək etmək üçün şifrələmə kimi əsaslı fiziki, elektron və idarəçilik təhlükəsizlik metodlarından istifadə edirik. Lakin məlumatınız olsun ki, İnternet və ya məlumatların saxlanılması obyekti vasitəsilə ötürülən heç bir məlumatın mükəmməl şəkildə təhlükəsizliyinə zəmanət verilə bilməz. Nəticədə, sizin Şəxsi Məlumatlarınızı qorumağa çalışsaq da, bizə ötürdüyünüz hər hansı məlumatın təhlükəsizliyinə təminat və zəmanət verə bilmərik.
Saytın Məxfilik Siyasətinə edilən dəyişikliklər
Biz gələcəkdə mütəmadi Saytın Məxfilik Siyasətinə dəyişiklik edə bilərik. Biz Saytın Məxfilik Siyasətinin hər hansı yenidən işlənmiş versiyasını bu səhifədə yayımlayacağıq. Həmin dəyişikliklər haqqında bildirişi qəbul etdikdən sonra xidmətlərimizdən istifadəyə davam etməyiniz sizin həmin dəyişikləri qəbul etməyinizi və onların şərtlərinə əməl etməyə razılaşdığınızı göstərəcəkdir. Saytdan istifadə etməklə, siz, Şəxsi Məlumatların və digər məlumatların mövcud olduğu kimi, həm də zamanla dəyişiklik edildiyi kimi bu Saytın Məxfilik Siyasətində təsvir edilən qaydada toplanması, istifadə edilməsi və kənarlaşdırılması ilə razılaşırsınız.
“Ecourses.az”–un Məxfilik Siyasətində (I və II Bölmələr) böyük hərflər ilə verilən, burada izah edilməyən bütün terminlər “Ecourses.az” İstifadə Qaydalarında müəyyənləşdirilən mənanı kəsb edəcəklər.
Məxfilik Təcrübələrimiz ilə bağlı sualınız olarsa və ya hər hansı bir pozuntu halı barədə məlumat vermək istədiyiniz halda [email protected] ünvanına elektron poçt məktubu göndərərək bizim ilə əlaqə saxlamağınız xahiş olunur.