18-19 yanvar 2021-ci il tarixində keçiriləcək kursda aşağıdakı mövzular tədris ediləcək: kəskin koronar sindrom/kəskin miokard infarktı, insult, aritmiyalar, defibrilyasiya və kardioversiya, sepsis və septik şokda reanimasiya tədbirləri, ürək dayanması, peysmeykerin istifadəsi və kardiovaskulyar və pulmonar farmakoterapiya.
Nəzəri biliklərlə yanaşı təlimdə intensiv praktik bacarıqlar öyrədilir. Təlimin sonunda yazılı imtahan və Meqakoddan ibarət bacarıqların yoxlanması üçün real klinik halların simulyasiyaları tətbiq edilir. Tədbirdə iştirak edənlərə sertifikat və imtahandan keçənlərə Amerika Ürək Assosiasiyasının bütün dünyada tanınan beynəlxalq sertifikatı verilir.