İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Vaxtında və yarımçıq doğulmuş uşaqların inkişaf mərhələsi

0.00(0)

Ümumi məlumat

Tibb işçilərinin müxtəlif mövzularda təkmilləşdirilməsi, onların bilik və bacarıqlarının artırılmasının davamlılığı, həmçinin ana-uşaq sağlamlığının qorunması, risk qrupundan olan, inkişaf geriliyi ola biləcək uşaqlara müdaxiləni təmin etmək məqsədilə konfrans və onlayn təlimlərin keçirilməsi vacib hal almışdır. Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi və Uptodate in Medicine tərəfindən 9-19 mart 2022-ci il tarixlərində canlı, “Zoom” və “Ecourses” virtual təlim platformaları vasitəsilə “Vaxtında və yarımçıq doğulmuş uşaqların sonrakı inkişaf mərhələlərinin izlənməsi” mövzusu üzrə onlayn e- təlimin keçirilməsi nəzərdə tutulmuşdur.

Kursun məqsədi

Vaxtında və yarımçıq doğulmuş uşaqların sonrakı inkişaf mərhələlərinin izlənməsi mövzusunda onlayn e-təlimin keçirilməsinin əsas məqsədi bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin yanaşmasından faydalanaraq vaxtında edilmiş müdaxilə ilə fəsadların erkən aşkarlanması, uşağın proqnozunun yaxşılaşdırılması, beləliklə də, uşağın və ailəsinin həyat keyfiyyətinin artırılması, COVİD-19 pandemiyası dövründə neonatal və pediatrik xidmətin təşkilinin müzakirəsini təmin etməkdən ibarətdir.

Kursda əhatə olunan mövzular

D-Dimer analizi Uşaqlarda xüsusi hallarda qidalanma Erkən yaşlı uşaqlarda qida allergiyası Uşaqlarda vitamin, balıq yağı və digər qida əlavələrinin istifadəsi barədə doğrular və miflər Qaraciyərin genetik və metabolik xəstəlikləri Yenidoğulmuşların persistəedən ağciyər hipertenziyası (PPHN) Neonatal skriniq

Auditoriya

Neonatoloq Həkim-genetik Uşaq nevroloqu Ortoped-travmatoloq Pediatr Kardioloq Nefroloq Ailə həkimi Pediatrik və ümumi cərrah Terapevt
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri kurs ödənişsiz əsaslar ilə keçirilir
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə