İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Neonatologiya üzrə 2-ci Bakı Beynəxalq təlim kursu

0.00(0)

Ümumi məlumat

17 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcək növbəti Neonatologiya Konqresinin əsas məqsədi tibb sahəsində, xüsusilə də neonatologiya profili üzrə müasir aktual problemlərin birlikdə həlli istiqamətində bilik və bacarıqları səfərbər etməkdən ibarətdir. Konqresdə neonatologiya sahəsi üzrə ixtisaslaşmış görkəmli, beynəlxalq və yerli mütəxəssilərin çıxışları və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur. Konqresin növbəti günü Neonatologiya üzrə Azərbaycan-Türkiyə III Beynəlxalq Təlim Kursu keçiriləcəkdir. Neonatologiya üzrə Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Təlim Kursu yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması, bu xidmətdə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi və digər məsələlərin həyata keçirilməsi məqsədi ilə təşkil olunur.

Kursun məqsədi

Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresin əsas məqsədi dünya üzrə qabaqcıl, aparıcı mütəxəsislər, tədqiqatçılar və klinisistlər arasında əməkdaşlıq əlaqələrini qurmaq, bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin inkişafı üçün bilik və bacarıqların mübadiləsi üçün uzunmüddətli platforma yaratmaqdır. Konqres neonatologiya sahəsində çalışan aparıcı mütəxəsislərin əldə etdiyi son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinə yönəlmiş çıxışları və praktik vərdişlərin nümayişi formatında keçiriləcək, tanınmış alimlərin 20-ə yaxın mühazirələri dinlənəcək, ekspert müzakirələr aparılacaq.

Kursda əhatə olunan mövzular

Metabolik xəstəliklərdə beynəlxalq filter proqramları Vaxtından əvvəl yenidoğulanlarda tənəffüsə dəstək Yenidoğulanın nevroloji müayinəsi Doğuş sonrası ana-uşaq cütünə ümumi yanaşma Bronxopulmoner displaziyaya müasir yanaşma Məhdud şəraitdə neonatal ensefalopatiyaya yanaşma Neonataloji praktikada nadir hallar Qeyri-invaziv tənəffüs dəstəyi prinsipləri (NIPPV, NCPAP, HHHFNC)

Auditoriya

Pediatr Neonatoloq Terapevt Ailə həkimi Tibb bacısı
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 3 days
Kursun keçirilmə dili Azərbaycan-Türk dilləri
İştirak şərtləri Təlimdə iştirak ödənişsizdir .
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə