İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Döldəki Qüsurların Prenatal Diaqnostikası

0.00(0)

Ümumi məlumat

DÖLDƏKİ QÜSURLARIN PRENATAL DİAQNOSTİKASI VƏ BƏTNDAXİLİ İNVAZİV MÜDAXİLƏLƏR. Müasir dövrdə prenatal dövrdə yarana biləcək genetik xəstəliklərin menecmenti səhəsində təcrübələrin mübadiləsi, tibb işçilərinin nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Bakı şəhərində 2021-ci il tarixlərdə “Döldəki Qüsurların Prenatal Diaqnostikası və Bətndaxili İnvaziv Müdaxilələr” mövzusunda təlimin keçirilməsi nəzərdə tutulmuşdur.

Kursun məqsədi

Təlimin məqsədi prenatal dövrdə yarana biləcək genetik xəstəliklərin menecmenti və bu qəbildən olan xəstəliklər barəsində ən son yeniliklər ilə tibb işçilərini tanış edərək bu sahədə ixtisaslaşmış beynəlxalq və yerli mütəxəssislərin bilik və bacarıqlarının paylaşılmasıdır. Adı çəkilən tədbirdə 200 nəfər terapevt, pediatr, mama-ginekoloq, genetik, neonatoloq, radioloq, sonoloq, ailə həkimi, nevroloq və digər ixtisaslı tibb işçilərinin iştirakı planlaşdırılır.

Kursda əhatə olunan mövzular

Genetik xəstəliklərin hüceyrədən hüceyrəyə ötürülməsi və mitoz meyozda yaranan qüsurlar Genetik xəstəliklərin diaqnostikasında muasir metodların önəmi Xromosom anomaliyalarının fetal epidemiologiyası Genetik xəstəliklərin prenatal diaqnostikası Qeyri-invaziv prenatal genetik testlər(ikili/dördlü testlər,NİPT, amniosentez) Hamiləlik zamanı fetusun xromosom anomaliyalarının diaqnostikasının önəmi Əzələ və sinir sistem xəstəliklərinin prenatal diaqnostikası Yenidoğulmuşların metabolik xəstəlikləri, diaqnostikası və müasir yanaşma Hemoglobinopatiyaların prenatal diaqnostikası ve preimplantasiayasının genetik diaqnostikası Təkrarlanan düşüklərin araşdırılmasında genetikanın rolu Ultrasəs müayinəsində döldə genetik xəstəliklərə şübhəli əlamətlər Fetal sidik ifrazat sistem orqanlarının anomaliyasının diaqnostikası və yanaşmamız Döldə ürək qüsurlarının ultrasəs diaqnostikası və genetik xəstəliklərlə əlaqəsi Prenatal aşkarlanan ürək qüsurları və genetik xəstəliklərinə postnatal yanaşma Azərbaycanda aparılan bətndaxili müdaxilələr

Auditoriya

Ailə həkimi, Pediatr, Nevroloq
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 3 days
Kursun keçirilmə dili Azərbaycan-Türk dilləri
İştirak şərtləri Kursda iştirak ödənişsizdir.
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə