İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

“İnsan Hüquqlarının Dayanıqlı Tədrisi”

5.00(1)

Ümumi məlumat

Ümidli Gələcək Sosial Təşəbbüslər İB Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT-İHAK) tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “İnsan Hüquqlarının Dayanıqlı Tədrisi” mövzusunda insan hüquqları sahəsində milli ekspertlərin iştirakı ilə BMT əsaslı beynəlxalq insan hüquqları sistemi, uşaq və qadın hüquqları, miqrantlar və qaçqınların hüquqları da daxil olmaqla təlim kursları təşkil etmişdir və bu kurslar onlayn şəkildə bu saytda təqdim olunur.

Kursun məqsədi

Dövlət qurumları, QHT-lər, ali təhsil ocaqlarının müəllim və magistrları, insan hüquqları sahəsində çalışan tədqiqatçıların qatılacağı və canlı iştirakla keçiriləcək bu təlim kursunun əsas məqsədi onların, BMT insan hüquqları sisteminə dair bilik və praktik bacarıqlarının genişləndirmək, insan hüquqlarının gündəlik fəaliyyətdə tətbiqi ilə bağlı ən yaxşı təcrübələri müzakirə etmək və Azərbaycanda insan hüquqlarına dair məlumatlılığı dayanıqlı formada genişləndirməkdir.

Kursda əhatə olunan mövzular

İnsan hüquqlarına giriş, BMT-nin insan hüquqları mexanizmləri, Beynəlxalq hüquqda vətəndaşlıq məsələləri, Uşaq Hüquqlarının tarixi və BMT-nin Uşaq Hüquqları Konvensiyası, Qadın hüquqlarının müdafiəsinə dair BMT-nin mexanizmləri, Beynəlxalq humantiar hüquq, Qaçqınların beynəlxalq müdafiəsi, Məcburi köçkünlərin hüquqları, Qayıdışla bağlı hüquqlar, Əlilliyi olan şəxslərin hüquqları. Uşaq hüquqlarına dair BMT-nin müdafiə mexanizmləri.
QEYD: Bu səhifədəki məlumatlar Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi mövqeyini əks etdirmir və məlumatlara görə tam məsuliyyət bir başa Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin üzərinə düşür.

Auditoriya

Dövlət qurumları, QHT-lər, ali təhsil ocaqlarının müəllim, bakalavr və magistrları, insan hüquqları sahəsində çalışan tədqiqatçılar.
Kursun səviyyəsi Mütəxəssislər üçün
Kursun müddəti 2 days
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Ödənişsiz. Sertifkatlı kurs
Kursun reytinqi

Orta istifadəçi reytinqi 5.00(1)

Kursun kateqoriyası Sosial elmlər