İnformasiya Texnologiyaları

Data Analitikası

Memarlıq və inşaat

Məntiq və Riyaziyyat

İncəsənət və Dizayn

və ya

Qeydiyyat

Şizofriniya xəstəliyinin diaqnostika və müalicəsində yanaşma

0.00(0)

Ümumi məlumat

Onlayn keçiriləcək vebinarda şizofreniya xəstəliyinin klinik xüsusiyyətləri və müasir nəzəri və praktiki yanaşmalar, ən son elmi tədqiqatların nəticələri müzakirə olunacaqdır. Təlimin keçirilməsində məqsəd ekspertlərin təcrübələrindən yararlanaraq tibb işçilərinin təkmilləşdirilməsi, həkimlərin bilik və bacarıqlarının artırılmasının davamlılığını təmin etməkdən ibarətdir.

Kursun məqsədi

Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı intelektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür.

Kursda əhatə olunan mövzular

Şizofreniya spektri pozuntuların klinik və patogenetik xüsiyyətləri Neqativ simptomların klinik qiymətləndirmə və proqnozlaşdırıcı əhəmiyyəti Şizofreniya xəstəliyin differensial diaqnostikası Şizofreniya xəstəliyin müxtəlif mərhələlərində müasir terapiya strategiyası Şizofreniya xəstəlırinin müalicəsi və reabilitasiyasında ailələrin və cəmiyyətin rolu

Auditoriya

terapevt, təcili tibbi yardım həkimi, ailə həkimi, psixiatr, psixoloq
Kursun səviyyəsi Yalnız tibb işçiləri üçün
Kursun müddəti 1 gün
Kursun keçirilmə dili Azərbaycan dili
İştirak şərtləri Kursda iştirak Ödənişsizdir
Kursun reytinqi

Orta istifadəçi reytinqi 0.00(0)

Kursun kateqoriyası Tibb və Səhiyyə